Elmi tədqiqatdan elmi məqaləyə - SEMİNAR
19.10.2026 17:02

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Elmi tədqiqatdan elmi məqaləyə” mövzusunda maarifləndirici seminar keçirilib. 

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, tələbələrin elmi-tədqiqat fəaliyyətinə marağının artırılması, elmi məqalələrin hazırlanması və elmi nəticələrin nüfuzlu beynəlxalq jurnallarda dərc olunması istiqamətində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunan seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. 

 

Tədbirdə ATU Tələbə Elmi Cəmiyyətinin rəhbəri, dosent Nərgiz Məmmədova müasir dövrdə tələbələrin elmi-tədqiqat fəaliyyətinə erkən mərhələdən cəlb olunmasının əhəmiyyətini vurğulayıb. O, elmi araşdırmaların nəticələrinin düzgün təhlili, sistemləşdirilməsi və elmi məqalə şəklində təqdim olunmasının gənc tədqiqatçıların formalaşmasında mühüm rol oynadığını qeyd edib. 

 

Seminarın spikeri, biologiya üzrə fəlsəfə doktoru, dosent Fuad Rzayev “Elmi tədqiqatdan elmi məqaləyə” mövzusunda geniş və maraqlı təqdimatla çıxış edib. Məruzəçi elmi tədqiqatın əsas mərhələləri, elmi məqalənin hazırlanması prinsipləri, məqalənin strukturuna qoyulan tələblər, beynəlxalq elmi jurnalların seçilməsi və nəşr prosesində diqqət yetirilməli vacib məqamlar barədə iştirakçılara dəyərli məlumatlar verib. 

Təqdimatdan sonra tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, elmi fəaliyyət və məqalə nəşri ilə bağlı fikir mübadiləsi aparılıb. 

İnteraktiv formatda davam edən seminarın sonunda çıxış edən ATU Tələbə Elmi Cəmiyyətinin sədri Nigar Babayeva tələbələrə, xüsusilə I kurs tələbələrinə TEC-in fəaliyyəti, cəmiyyətə üzvlük qaydaları və tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması imkanları barədə məlumat verib. 

Yüksək fəallıq və elmi müzakirələrlə yadda qalan maarifləndirici seminar tələbələrin böyük marağına səbəb olub. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub