İSİM nümayəndələri “Hüquq, Tibb və Cəmiyyət” XVII Azərbaycan-Türkiyə-Almaniya Tibb Hüququ Simpoziumunda iştirak ediblər
20.10.2026 14:34
“Fly Inn Baku” otelində “İNJURİA” Hüquq Platforması, Martin Lüter Universiteti (Almaniya), Türkiyə Tibb Hüququ İnstitutu və Azərbaycan Pediatrlar Assosiasiyasının təşkilatçılığı ilə “Hüquq, Tibb və Cəmiyyət” XVII Azərbaycan–Türkiyə–Almaniya Tibb Hüququ Simpoziumu keçirilib.
 
Aztibb.az-ın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və qurumun baş hüquqşünası Rüstəm Məmmədov iştirak ediblər.
 
Simpozium Azərbaycan, Türkiyə, Almaniya və digər ölkələrdən tanınmış ekspertləri, alimləri, hüquqşünasları, həkimləri, səhiyyə mütəxəssislərini, dövlət qurumlarının nümayəndələrini və tədqiqatçıları bir araya gətirib.
 
Beynəlxalq elmi-praktik tədbir tibb və hüquq sahələrində çalışan mütəxəssislər arasında elmi bilik və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın təşviq edilməsi, səhiyyə sahəsində qanunvericilik mexanizmlərinin təkmilləşdirilməsi və müasir tibb hüququnun aktual məsələlərinin müzakirəsi baxımından mühüm platforma olub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev