DİM 3, DİM 4 və DİM 17 üzrə əməkdaşlıq: Azərbaycanda uşaq psixi sağlamlığı Avropanın diqqətində
19.10.2026 14:28

Azərbaycan Tibb Universitetinin (ATU) Psixiatriya kafedrasının tədris işləri üzrə rəhbəri, uşaq və yeniyetmə psixiatrı Nərmin Quliyeva Avstriyanın Vyana şəhərində keçirilən Azərbaycan–Avropa Neyroelm Əməkdaşlıq Forumu çərçivəsində elmi dəyirmi masada iştirak edib.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, Avropanın aparıcı universitet və elmi-klinik mərkəzlərini təmsil edən nevrologiya, pediatriya, uşaq nevrologiyası, uşaq və yeniyetmə psixiatriyası, eləcə də neyroelm sahəsində tanınmış mütəxəssislərin qatıldığı tədbirdə uşaq və yeniyetmə psixi sağlamlığının inkişafı, erkən diaqnostika və müasir mütəxəssis hazırlığı, klinik təcrübənin təkmilləşdirilməsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

 

Nərmin Quliyeva dəyirmi masada “Child Mental Health Care in Azerbaijan: A Proposal for Clinical and Educational Collaboration” (“Azərbaycanda uşaq psixi sağlamlığı xidmətləri: klinik və təhsil əməkdaşlığı üzrə təklif”) mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda uşaq və yeniyetmə psixiatriyasının inkişafı, bu sahədə klinik və akademik potensialın gücləndirilməsi, beynəlxalq tərəfdaşlıq imkanlarının genişləndirilməsi istiqamətləri müzakirəyə təqdim olunub.

 

Dəyirmi masa çərçivəsində neyroinkişaf pozuntularının erkən aşkarlanması və diaqnostikası, uşaq və yeniyetmələrə göstərilən psixi sağlamlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ixtisaslaşmış kadr hazırlığının müasirləşdirilməsi, beynəlxalq mentorluq və klinik superviziya imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Həmçinin Avropanın aparıcı universitetləri və klinik mərkəzləri ilə birgə elmi-tədqiqat, klinik təcrübə mübadiləsi və təhsil layihələrinin həyata keçirilməsi üzrə mümkün əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib. Qeyd olunan istiqamətlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) 3 – Sağlamlıq və rifah, DİM 4 – Keyfiyyətli təhsil və DİM 17 – Məqsədlər naminə tərəfdaşlıqla sıx bağlıdır. Bu əməkdaşlıq DİM 3 çərçivəsində keyfiyyətli psixi sağlamlıq xidmətlərinə çıxışın, DİM 4 çərçivəsində müasir mütəxəssis hazırlığının və DİM 17 çərçivəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsinə xidmət edir.

 

Uşaq psixi sağlamlığına erkən mərhələdə diqqət yetirilməsi gələcək sağlamlıq problemlərinin vaxtında müəyyənləşdirilməsi, uşaqların təhsil və sosial həyata daha fəal inteqrasiyası, ailələrin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

ATU nümayəndəsinin beynəlxalq elmi müzakirələrdə iştirakı universitetin uşaq və yeniyetmə psixi sağlamlığı sahəsində təcrübə mübadiləsinə, akademik əlaqələrin i

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub