ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə  
21.10.2026 08:29

Azərbaycan Tibb Universiteti (ATU) sağlam həyat tərzinin təşviqini və bu istiqamətdə fəaliyyəti diqqət mərkəzində saxlayır. Bununla bağlı aparılan təşviqat tədbirləri çərçivəsində tələbələr “Zirvəyə birlikdə qalxaq!” şüarı altında keçirilən kütləvi yürüşdə iştirak ediblər. 

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbir aktiv həyat tərzini təbliğ etmək, əhali arasında fiziki fəallığı artırmaq və idmanın cəmiyyətdə rolunu təşviq etmək məqsədi daşıyıb.  

 

Yürüşdə gənclər və idman naziri Fərid Qayıbov, “İdman səfirləri”, idman ictimaiyyətinin nümayəndələri və müxtəlif yaş qruplarından olan 500-dək paytaxt sakini iştirak edib. 

 

Azərbaycan Tibb Universitetinin tələbələri də tədbirdə fəallıq nümayiş etdirərək universitetimizi layiqincə təmsil ediblər. Bakı Funikulyorunun qarşısından başlayan yürüşdə iştirakçılar 566 pilləni qət edərək Dağüstü parkda finiş xəttinə çatıblar. 


Yürüşdə iştirak edən 10 ATU tələbəsi məsafəni uğurla başa vuraraq finişə çatıb və xatirə medalları ilə təltif olunub. 

 

Tələbələrin yürüşdə iştirakı sağlam həyat tərzinin təşviqi və fiziki fəallığın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən DİM 3 – Sağlamlıq və rifah məqsədinə uyğun olaraq, cəmiyyətdə sağlam həyat tərzinin təşviqinə və insanların rifahının yaxşılaşdırılmasına töhfə verir. 

 

Qeyd edək ki, yürüş “Bakı – Dünyanın İdman Paytaxtı 2026” layihəsi çərçivəsində və 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təşkil olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır