ATU-da “Tibb bacılığı: gələcəyi formalaşdıran güc” mövzusunda təlim keçirilib  
20.10.2026 10:10

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsində Tibb bacısı (qardaşı) işi ixtisası üzrə təhsil alan tələbələr üçün “Tibb bacılığı: gələcəyi formalaşdıran güc” mövzusunda təlim təşkil olunub. 

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, təlimdə Liv Bona Dea Hospitalının baş tibb bacısı Miyase Gül Pıçakçı, əməliyyatxanalar üzrə böyük tibb bacısı Elnarə Əfəndiyeva və infeksiyaya nəzarət üzrə böyük tibb bacısı Ramilə Əhmədova iştirak ediblər. 

 

Tədbirdə İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva təlimin məqsədi barədə məlumat verib. O bildirib ki, təşəbbüs tələbələrin tibb bacılığı peşəsinin əhəmiyyəti barədə biliklərini genişləndirmək, onların peşəkar fəaliyyətə hazırlığını dəstəkləmək və gələcək işlərində məsuliyyətli yanaşmanın vacibliyini vurğulamaq məqsədi daşıyır. 

 

Daha sonra Miyase Gül Pıçakçı təqdimatla çıxış edib. Təlim zamanı tibb bacılarının səhiyyə sistemindəki rolu, pasiyentlərə keyfiyyətli və təhlükəsiz tibbi xidmətin göstərilməsi, infeksiyaya nəzarət tədbirləri və əməliyyatxanalarda işin təşkili məsələləri müzakirə olunub. 

 

İştirakçılar tibb bacılığı sahəsində peşəkar fəaliyyətin xüsusiyyətləri barədə məlumat əldə edib, klinik praktikada tətbiq olunan yanaşmalarla tanış olublar. 

 

Təlim tələbələrin ixtisas üzrə biliklərinin artırılması və tibb bacılığı sahəsində praktiki təcrübənin əhəmiyyətinin diqqətə çatdırılması məqsədinə xidmət edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev