Naxçıvanda Təcili Tibbi Yardım Xidmətinin personalı üçün təhlükəsizlik və vəzifə öhdəliklərinə dair təlim keçirilib
02.09.2026 15:15

Naxçıvan Muxtar Respublikası Xəstəxanasının akt zalında “Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti” PHŞ-nin personalı üçün maarifləndirici təlim keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi muxtar respublikada təcili tibbi yardım xidmətində fəaliyyət göstərən personalın vəzifə və funksiyaları, xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına riayət olunması, iş prosesinin düzgün və təhlükəsiz təşkili ilə bağlı biliklərinin təkmilləşdirilməsi və mövcud tələblərin bir daha diqqətə çatdırılması olub.

Təlim zamanı təcili tibbi yardım personalının vəzifə təlimatlarında nəzərdə tutulan öhdəliklər, çağırışların qəbulu və icrası zamanı əməl edilməli əsas qaydalar, tibbi yardım göstərilərkən təhlükəsizlik tədbirlərinin təmin olunması, əməkdaşların özlərinin və pasiyentlərin təhlükəsizliyinin qorunması, həmçinin xidməti fəaliyyət zamanı qarşıya çıxa biləcək müxtəlif hallarda düzgün davranış qaydaları barədə ətraflı məlumat verilib.

Maarifləndirici tədbirdə, həmçinin təcili tibbi yardım personalının gündəlik fəaliyyətində qarşılaşa biləcəyi məsələlər müzakirə olunub, onların vəzifə öhdəlikləri və təhlükəsizlik qaydaları ilə bağlı yaranan suallar ətraflı cavablandırılıb, iştirakçıları maraqlandıran məsələlərə dair müvafiq izahlar verilib.

 

 

Təlimin keçirilməsi zamanı əməkdaşların praktiki fəaliyyətində rast gəlinə biləcək şərait diqqətə çatdırılıb, xidmətin təşkilində vahid yanaşmanın formalaşdırılması, vəzifə öhdəliklərinin düzgün icrası və təhlükəsizlik tələblərinə ciddi riayət olunmasının əhəmiyyəti vurğulanıb.

 

Bu istiqamətdə maarifləndirici və təlim xarakterli tədbirlərin mütəmadi keçirilməsi təcili tibbi yardım personalının peşəkar hazırlığının artırılması, xidməti fəaliyyət zamanı təhlükəsizliyin təmin edilməsi, tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin daha da yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub
16 Oktyabr Ümumdünya Qida Günüdür - Sağlam gələcək və davamlı resurslar üçün nə etməliyik?
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər