3D bioprintinq texnologiyası istiqamətində yeni addım  - Rusiyada ilk milli standart tətbiq olunacaq
29.08.2026 09:17

Sentyabrın 1-dən Rusiyada toxuma və orqanların üçölçülü bioprintinqinə həsr olunmuş ilk milli standart qüvvəyə minəcək. QOST R 72595–2026 “Toxuma və orqan ekvivalentlərinin üçölçülü bioprintinqi. Əsas prinsiplər. Terminlər və təriflər” adlı sənəd texnologiya üzrə vahid terminologiyanı və əsas prinsipləri müəyyən edir.

Aztibb.az "Life" portalına istinadən yazır ki, üçölçülü bioprintinq bioloji materiallardan toxuma və orqan ekvivalentlərinin yaradılmasına imkan verən texnologiyadır. Standarta əsasən, bu məqsədlə heyvan, bitki, dəniz mənşəli, mikrobioloji və insan mənşəli bioloji materiallardan istifadə edilə bilər. Texnologiyanın əsas məqsədlərindən biri orqanizmin itirilmiş funksiyalarının bərpasına xidmət edən bioloji strukturların yaradılmasıdır.

Standart bioprintinqin müxtəlif üsullarını, o cümlədən mürəkkəb püskürtmə, lazer, robotlaşdırılmış çap və hüceyrə sferoidlərindən istifadə etməklə bioprintinq metodlarını əhatə edir.

Bioprintinqdə istifadə olunan bio-mürəkkəblərin tərkibinə təbii polisaxaridlər, zülallar, hüceyrə suspenziyaları və pasiyentin öz hüceyrələrindən — autoloji hüceyrələrdən istifadə edilə bilər. Standart həmçinin bio-mürəkkəblərin üçölçülü strukturların formalaşdırılması üçün zəruri reoloji və bioloji xüsusiyyətlərə malik olmasını nəzərdə tutur.

Mütəxəssislərin fikrincə, milli standartın qəbul edilməsi bioprintinq sahəsində tədqiqatların vahid terminologiya və tələblər əsasında aparılmasına, texnologiyanın sənaye miqyasında tətbiqinə və gələcəkdə biotibbi məhsulların seriyalı istehsalına keçid üçün şərait yaradılmasına imkan verə bilər.

ÇOX OXUNANLAR
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
Alimlər dərmanların təsir göstərmədiyi təhlükəli göbələk ştamı aşkarlayıblar
Dərmanların sınağında insan bağırsağını təqlid edən yeni texnologiya  
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
 Qəbələ RMX-da ilk dəfə olaraq mürəkkəb rekonstruktiv cərrahi əməliyyat icra olunub   
Qrip peyvəndində nə dəyişdi? – Mütəxəssis yeni ştamların detallarını açıqladı