Təcrübəli ultrasəs mütəxəssisi Xümarə Əliyeva xəstələrin xidmətindədir
05.08.2026 10:35

Müasir təbabətdə xəstəliklərin dəqiq və vaxtında diaqnostikası uğurlu müalicənin əsas zəminidir.

 

Aztibb.az xəbər verir ki, bu sahədə zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə seçilən ultrasəs mütəxəssisi (USM), radioloq həkim Xümarə Əliyeva pasiyentlərə keyfiyyətli tibbi xidmət göstərməyə davam edir.

 

1998–2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali tibb təhsili alan Xümarə Əliyeva fəaliyyətinə 2005–2010-cu illərdə Şahbuz Rayon Mərkəzi Xəstəxanasında radioloq həkim kimi başlayıb. Beynəlxalq təcrübəyə böyük önəm verən həkim 2015–2016-cı illərdə Türkiyənin Kocaeli Universiteti Tibb Fakültəsinin Radiologiya kafedrasında (İzmit) çalışaraq peşəkar vərdişlərini daha da təkmilləşdirib.

 

2016–2018-ci illərdə Bakı şəhərinin aparıcı özəl tibb müəssisələrində USM həkimi kimi fəaliyyət göstərən mütəxəssis, 2018-ci ildən etibarən fəaliyyətini "Funda Hospital"da davam etdirir.

 

Xümarə Əliyeva radiologiya və prenatal diaqnostika sahəsindəki son yenilikləri yaxından izləyir. O, İstanbulda təşkil olunan müxtəlif beynəlxalq elmi konfrans və simpoziumların fəal iştirakçısı olmuş, eyni zamanda AFERG-in (Azərbaycan Fetal Təbabət və Genetik Assosiasiyası) üzvüdür.

 

Müayinə və qəbula yazılmaq üçün əlaqə vasitələri:

 

Mobil: +994 55 549 93 63

Qaynar xətt / Şəhər: *0777 / (012) 567 55 82

Ünvan: Funda Hospital

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib