Hərbi münaqişələr və iqlim böhranı qlobal ərzaq təhlükəsizliyi məsələlərini gündəmə gətirir
04.08.2026 13:26

Ukraynada və Yaxın Şərqdə davam edən hərbi münaqişələr, eləcə də dünyanın müxtəlif bölgələrində müşahidə olunan ekstremal iqlim hadisələri qlobal ərzaq bazarında yeni böhran riskini artırır.

 

Aztibb.az "Planet today" nəçrinə istinadən yazır ki, beynəlxalq qurumların qiymətləndirmələrinə görə, əsas taxıl və düyü istehsalında yaranan təhlükələr, həmçinin gübrə və yanacaq qiymətlərinin bahalaşması yaxın aylarda ərzaq məhsullarının qiymətlərinin yenidən kəskin artmasına səbəb ola bilər.

 

Qeyd olunur ki, Qara dəniz bölgəsi əsas risk mənbəyi olaraq qalır. Qlobal buğda ixracının dörddə birindən çoxunu, günəbaxan yağı tədarükünün təxminən üçdə ikisini və qlobal qarğıdalı ticarətinin təxminən 10 faizini Rusiya və Ukrayna təmin edir. Hər iki ölkənin taxıl infrastrukturuna və gəmiçiliyə qarşı həyata keçirdiyi hücumlar fonunda iyul ayında dünya bazarında buğdanın qiyməti 10 faizdən çox artıb. Bu, 2024-cü ildən bəri qeydə alınan ən kəskin aylıq bahalaşma hesab olunur. Halbuki BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) iyun ayında buğda qiymətlərində 4 faizdən çox azalma qeydə almışdı.

 

Avropada müşahidə olunan anomal istilər, quraqlıq və meşə yanğınları da dənli bitkilərin məhsuldarlığını onilliklərin ən aşağı səviyyəsinə endirə bilər. Avstraliyada uzun sürən quraqlıq isə ölkənin əsas ixracatçı ştatlarından birində buğda yığımını təhlükə altına salıb.

 

Mütəxəssislər bildirirlər ki, dünya əhalisinin yarıdan çoxunun əsas qida məhsulu olan düyü istehsalı da ciddi təzyiqlə üzləşib. Sakit okeanda temperatur dəyişiklikləri ilə əlaqəli "El Ninyo" fenomeninin güclənməsi Vyetnam, Filippin və dünyanın ən böyük düyü istehsalçısı və ixracatçısı olan Hindistanda quraqlıq riskini artırır. Nəticədə düyünün dünya bazar qiyməti son 18 ayın ən yüksək səviyyəsinə yüksəlib.

 

Digər tərəfdən, ABŞ-İran arasında artan gərginlik yanacaq və mineral gübrələrin qiymətlərinin bahalaşmasına səbəb olub. Mart ayından etibarən fermerlərin məhsuldarlığı artırmaq üçün istifadə etdikləri əsas gübrələrin qiyməti təxminən 1,5 dəfə artıb. Bu isə gübrədən istifadənin azalmasına və növbəti mövsümdə məhsuldarlığın ciddi şəkildə aşağı düşməsi riskinin yüksəlməsinə gətirib çıxarır.

 

Beynəlxalq təşkilatların proqnozlarına görə, ABŞ-İran və Rusiya-Ukrayna münaqişələrində mövcud gərginlik davam edərsə, qlobal ərzaq qiymətləri yenidən sürətlə bahalaşa bilər. Belə bir ssenari 2021–2022-ci illərdə pandemiya məhdudiyyətləri və Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi nəticəsində yaşanan qlobal ərzaq böhranının təkrarlanması riskini artırır.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb