Hamilə pasiyent üzərində laparoskopik öd kisəsi əməliyyatı uğurla icra olunub
30.07.2026 11:31
Diaqnoz Tibb Mərkəzində hamilə pasiyent üzərində yüksək peşəkarlıq və multidissiplinar yanaşma ilə həyata keçirilən laparoskopik öd kisəsi əməliyyatı uğurla başa çatıb.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, əməliyyat ümumi cərrah, laparoskopist Ramil Quliyev, cərrah mama-ginekoloq Ramilə Abbaszadə və anestezioloq Xalid Hüseynlinin iştirakı və nəzarəti ilə beynəlxalq tibbi standartlara uyğun şəkildə icra olunub. Əməliyyatın bütün mərhələlərində həm ananın, həm də dölün təhlükəsizliyi əsas prioritet olaraq qorunub.
 
Əməliyyatdan sonra pasiyentin vəziyyəti həkim-radioloq İradə Həsənova tərəfindən aparılan ultrasəs (USM) müayinəsi ilə qiymətləndirilib. Müayinə nəticəsində həm ananın, həm də dölün sağlamlıq vəziyyətinin qənaətbəxş olduğu təsdiqlənib və postoperativ dövr nəzarət altında uğurla davam etdirilib.
 
Hamiləlik dövründə cərrahi müdaxilələr xüsusi yanaşma və yüksək peşəkarlıq tələb edir. Dəqiq diaqnostika, düzgün planlaşdırma və müxtəlif ixtisaslı həkimlərin koordinasiyalı fəaliyyəti sayəsində əməliyyat uğurla tamamlanıb.
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır