Alimlər sınıq sümükləri bir neçə dəqiqəyə birləşdirə bilən bioloji yapışdırıcı hazırlayıblar
19.07.2026 10:15

Çinli alimlər sınıq sümüklərin müalicəsində istifadə oluna biləcək Bone-02 adlı innovativ, inyeksiya yolu ilə tətbiq olunan bioloji yapışdırıcı hazırlayıblar. Yeni material istiridyələrin su altında qayalara möhkəm yapışma mexanizmindən ilham alınaraq hazırlanıb.

Aztibb.az "Medpath" nəşrinin məlumatına istinadən yazır ki, Bone-02 kiçik bir kəsik vasitəsilə birbaşa sınıq nahiyəsinə yeridilir. O, sınıq sümük fraqmentlərini qısa müddətdə bir-birinə birləşdirə bilir və qanlı, nəmli toxuma mühitində belə yapışdırıcı xüsusiyyətini qoruyur. Tədqiqatçılar hesab edirlər ki, bu texnologiya gələcəkdə ənənəvi metal lövhə və vintlərə alternativ ola bilər.

Laboratoriya sınaqlarında Bone-02-nin yaratdığı birləşmənin təxminən 180 kiloqramdan artıq yükə tab gətirdiyi müəyyən edilib. Alimlərin sözlərinə görə, bu, sınıq sümük hissələrinin sabit saxlanılmasına və sağalma prosesinin dəstəklənməsinə kömək edə bilər.

Tədqiqatda ağır bilək sınığı olan bir xəstənin Bone-02 ilə müalicə edildiyi, təxminən 3 ay ərzində sümüyün bitişdiyi və əl funksiyalarının böyük ölçüdə bərpa olunduğu bildirilib.

Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, bu üsul hələ erkən inkişaf mərhələsindədir və onun təhlükəsizliyi və effektivliyinin təsdiqlənməsi üçün daha genişmiqyaslı klinik tədqiqatlara ehtiyac var.

Əgər geniş klinik sınaqlarda da uğurlu nəticələr əldə olunarsa, bu texnologiya:

daha kiçik cərrahi kəsiklər;
daha qısa əməliyyat müddəti;
metal implantlardan daha az istifadə;
daha sürətli bərpa prosesi

kimi üstünlüklər təmin edə bilər.

Mütəxəssislər bildirirlər ki, Bone-02 hələ standart müalicə üsulu hesab edilmir və gündəlik tibbi praktikaya daxil edilməzdən əvvəl uzunmüddətli təhlükəsizlik və effektivlik tədqiqatları tamamlanmalıdır.

Təbiətdəki bir çox canlılar yeni biomaterialların hazırlanması üçün alimlərə ilham verir. Midyələr, istiridyələr və dəniz ilbizlərinin su altında müxtəlif səthlərə möhkəm yapışma qabiliyyəti bu sahədə aparılan tədqiqatların əsas ilham mənbələrindən biridir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır