Alimlər sinir hüceyrələrinin daxilində qoruyucu mexanizm aşkar ediblər
17.07.2026 08:18

Sinir hüceyrələrinin (neyronların) membranının altında yerləşən xüsusi zülal karkası hüceyrəyə maddələrin daxil olmasını tənzimləyir və Alzheimer xəstəliyi ilə əlaqəli zərərli zülalların toplanmasının qarşısını almaqda mühüm rol oynaya bilər.

Aztibb.az "Science Daily" nəşrinə istinadən yazır ki, alimlərin araşdırdığı membranla əlaqəli periodik skelet (MPS) neyron membranının altında yerləşən, təkrarlanan zülal halqalarından ibarət torvari quruluşdur. İndiyədək onun əsasən neyronların formasını qoruduğu düşünülürdü.

Tədqiqatçılar laboratoriyada yetişdirilmiş neyronları yüksək ayırdetməli mikroskop vasitəsilə araşdırıblar. MPS zədələndikdə hüceyrələrin ətraf mühitdən maddələri daha sürətlə qəbul etdiyi müəyyən edilib. Bu isə göstərir ki, normal şəraitdə zülal karkası endositoz prosesini məhdudlaşdıraraq hüceyrəyə daxil olan maddələrin miqdarını nəzarətdə saxlayır.

Araşdırma həmçinin göstərib ki, maddələrin sürətlə hüceyrəyə daxil olması MPS-ni daha da zəiflədir və bu, özünü gücləndirən bir proses yaradır. Hüceyrədaxili molekulyar siqnallar yeni zülal karkası hissələrinin dağılmasına səbəb olur, nəticədə isə hüceyrəyə daha çox maddə daxil olur.

Alzheimer xəstəliyi ilə mümkün əlaqəni öyrənmək üçün alimlər neyronlarda amiloid prekursor zülalının (APP) səviyyəsini artırıblar. MPS zədələndikdə hüceyrələr APP-ni daha sürətlə qəbul edib və bu zülal sonradan toksik beta-amiloid 42 formasına çevrilib. Nəticədə neyronlarda beta-amiloid 42 daha çox toplanıb və hüceyrə ölümünün əlamətləri güclənib.

Tədqiqat müəlliflərinin fikrincə, əldə olunan nəticələr MPS-nin yalnız neyronların strukturunu qorumadığını, həm də hüceyrələrin zərərli maddələrdən müdafiəsində mühüm rol oynadığını göstərir. Bu mexanizmin daha dərindən öyrənilməsi gələcəkdə Alzheimer xəstəliyinin qarşısının alınması və yeni müalicə üsullarının hazırlanması üçün perspektiv yarada bilər.

Qeyd edək ki, Science Daily nəşri 13 iyul tarixində dərc olunan başqa bir araşdırmada yaşayış mühitinin demensiya riskinə birbaşa təsir göstərdiyini bildirib. Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr müxtəlif əhali qruplarının ehtiyaclarına uyğun səhiyyə proqramlarının hazırlanmasına kömək edə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev