Tibbi rəqəmsal əkizin yaradılması: İmkanlar və çağırışlar  
15.07.2026 16:24

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Tibbi rəqəmsal əkizin yaradılması metodları” mövzusunda müzakirələr aparılıb.

 

İnstitutun kiçik elmi işçisi Aytən Əhmədova bildirib ki, rəqəmsal transformasiyanın aparıcı texnologiyalarından biri olan rəqəmsal əkizlər səhiyyə və tibb sahəsində monitorinq, proqnozlaşdırma və qərarların qəbulunun dəstəklənməsi üçün geniş imkanlar yaradır. Tibbi rəqəmsal əkiz konkret fərdin anatomik, fizioloji, genetik və klinik xüsusiyyətlərini real məkanda özündə əks etdirən fərdiləşdirilmiş virtual model olmaqla xəstəliklərin erkən diaqnostikası, inkişaf trayektoriyasının izlənilməsi, müalicə yanaşmalarının formalaşdırılması və tibbi müdaxilələrin minimallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Tədqiqatın məqsədi dövri kliniki məlumatlar və internet vasitəsilə tibbi təyinatlı sensorlardan əldə edilən verilənlər əsasında fərdin sağlamlıq vəziyyətinin monitorinqi və proqnozlaşdırılmasını təmin edən pasiyent-mərkəzli tibbi rəqəmsal əkizin yaradılması metodlarının işlənməsidir. Məqsədə nail olmaq üçün pasiyent-mərkəzli rəqəmsal əkizin ontoloji və konseptual modelləri təklif edilmiş, diskret kliniki verilənlərin vizuallaşdırılması əsasında xəstəlik risklərinin proqnozlaşdırılması metodları işlənilmişdir.

 

Aytən Əhmədova diqqətə çatdırıb ki, diskret kliniki məlumatların vizuallaşdırılması məqsədilə rəqəmsal əkizin idarəetmə paneli hazırlanmışdır. Bu yanaşma pasiyentin sağlamlıq göstəricilərinin dinamik izlənilməsinə, məlumatların strukturunun və zaman üzrə dəyişmə tendensiyalarının əsaslandırılmış təhlilinə imkan yaradır.

 

O, həmçinin real zamanda fasiləsiz əldə olunan verilənlər əsasında xəstəlik risklərinin proqnozlaşdırılması üçün süni neyron şəbəkəsi əsasında işlənilmiş model haqqında məlumat verib. Qeyd edib ki, model pasiyentin klinik göstəriciləri insult, infarkt və hipotoniya risklərinin yüksək, orta və aşağı səviyyələr üzrə qiymətləndirilməsi, bununla da erkən diaqnostikanın təmin edilməsi və xəstəliklərin ağırlaşma riskinin azaldılmasına imkan verir.

 

Müzakirələr zamanı tibbi rəqəmsal əkizlərin praktikada tətbiqi, süni intellekt və əşyaların interneti texnologiyalarının səhiyyə sistemlərinə inteqrasiyası, eləcə də bu sahədə mövcud texnoloji, hüquqi, etik və iqtisadi problemlər diqqət mərkəzində olub, seminar iştirakçılarının sualları cavablandırılıb.

 

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev mövzunun müasir elmi-texnoloji çağırışlar baxımından xüsusi aktuallıq kəsb etdiyini, rəqəmsal əkiz texnologiyalarının tətbiqinin səhiyyə və tibb sahələrinin inkişafı üçün yeni imkanlar yaratdığını qeyd edib. Alim bildirib ki, rəqəmsal əkiz innovasiyaları süni intellekt, böyük verilənlər, bulud xidmətləri və əşyaların interneti texnologiyalarının inkişafı fonunda yeni reallığın əsas komponentlərindən birinə çevrilməkdədir. Alim hazırda rəqəmsal əkiz texnologiyalarının geniş tətbiqi fonunda fərdi məlumatların qorunması və kibertəhlükəsizliyin təmin edilməsi məsələlərinin də xüsusi əhəmiyyət daşıdığını söyləyib.

 

AzərTac

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır