Monqolustanda bubonik vəba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib  
14.07.2026 13:41

Monqolustanın Milli Zoonoz Xəstəliklər Mərkəzi ölkə ərazisində bubonik vəba (taun) virusunun yayılma təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə məlumat xarici KİV-də yer alıb. Qurumun hesabatına əsasən, Monqolustanın mövcud 21 əyalətindən 17-si hazırda aktiv bubonik vəba riski altındadır.

 

Mütəxəssislər bildirirlər ki, xüsusilə yay mövsümündə əhalinin kənd yerlərinə və təbiət qoynuna səfər etməsi, həmçinin bəzi hallarda qanunsuz ovlanmış marmot (dağsiçanı) ətinin qida rasionunda istifadə edilməsi yoluxma riskini kəskin şəkildə artırır.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi açıqlamasına görə, bubonik vəba əsasən vəhşi gəmiricilərin üzərində yaşayan birələr vasitəsilə ötürülən təhlükəli bakterial xəstəlikdir. Xəstəlik vaxtında aşkar edilmədikdə və adekvat antibiotik müalicəsi aparılmadıqda, yoluxmadan sonrakı 24 saat ərzində ölümcül fəsadlara yol aça bilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev