Autizmin erkən diaqnostikası üçün yeni biomarker müəyyənləşib  
09.07.2026 15:28

Autizm spektr pozuntularının erkən aşkar edilməsi istiqamətində aparılan beynəlxalq elmi araşdırmalar mühüm nəticə ilə yadda qalıb. ABŞ və Yaponiyadan olan alimlərin birgə tədqiqatı nəticəsində azot oksidinin səviyyəsinin autizm spektr pozuntularının diaqnostikasında etibarlı biomarker ola biləcəyi müəyyən edilib.

 

Aztibb.az-ın www.news-medical.net-ə istinadən xəbərinə görə, tədqiqat zamanı insan kök hüceyrələri əsasında hazırlanmış xüsusi nanosensor texnologiyasından istifadə edilməklə autizmli şəxslərdə azot oksidinin səviyyəsi araşdırılıb. Əldə olunan nəticələr bu göstəricinin autizm spektr pozuntularının digər neyroinkişaf pozuntularından fərqləndirilməsində mühüm əhəmiyyət daşıdığını ortaya qoyub.

 

Alimlərin qənaətinə görə, tədqiqatın nəticələri gələcəkdə autizmin daha erkən və dəqiq diaqnostikasına, həmçinin fərdiləşdirilmiş müalicə üsullarının hazırlanmasına yeni imkanlar aça bilər. Bununla yanaşı, əldə olunan nəticələrin genişmiqyaslı klinik tədqiqatlarla təsdiqlənməsinin vacibliyi də vurğulanır.

 

Mütəxəssislərin fikrincə, bu istiqamətdə aparılan araşdırmalar neyroinkişaf pozuntularının səbəblərinin daha dərindən öyrənilməsinə və müasir diaqnostika üsullarının təkmilləşdirilməsinə mühüm töhfə verəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev