Kimya İnstitutunda elmi resurslardan istifadə və akademik yazı üzrə təlim təşkil olunub  
06.07.2026 10:16

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun təşkilatçılığı, Bakı Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində “Akademik tədqiqatlarda elmi resurslardan istifadə və dayanıqlı inkişaf məqsədlərinə uyğun elmi məqalələrin yazılması” mövzusunda təlim keçirilib.

 

Bu barədə Aztibb.az-a Kimya İnstitutundan bildirilib.

 

Təlimin əsas məqsədi elmi işçilərin, gənc tədqiqatçıların və doktorantların beynəlxalq elmi informasiya resurslarından səmərəli istifadə bacarıqlarının artırılması və beynəlxalq standartlara uyğun elmi məqalələrin hazırlanması sahəsində biliklərinin təkmilləşdirilməsi olub. Eyni zamanda, təlim çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə uyğun elmi tədqiqatların aparılması istiqamətində iştirakçıların bilik və bacarıqlarının inkişaf etdirilməsi hədəflənib.

 

Tədbirdə çıxış edən Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev belə maarifləndirici təlimlərin alimlərin peşəkar inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, beynəlxalq elmi bazalardan düzgün istifadə, nüfuzlu elmi jurnallarda dərc olunan məqalələrin sayının artırılması və tədqiqatların keyfiyyətinin yüksəldilməsi müasir elmi fəaliyyətin prioritetlərindəndir. Professor bu istiqamətdə universitet–elmi müəssisə əməkdaşlığının daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Bakı Dövlət Universitetinin keyfiyyət təminatı üzrə rektor müşaviri, iqtisad elmləri üzrə fəlsəfə doktoru dosent Asiman İlyasov akademik nəşrlər sahəsində beynəlxalq təcrübə, elmi resurslardan səmərəli istifadə və elmi məqalələrin hazırlanması ilə bağlı təqdimatla çıxış edib. O, keyfiyyətli elmi məqalənin hazırlanmasının əsas prinsipləri, tədqiqat mövzusunun düzgün müəyyənləşdirilməsi, nüfuzlu elmi jurnalların seçilməsi və beynəlxalq indeksləmə sistemlərinin tələbləri barədə ətraflı məlumat verib. Məruzəçi dünyada ən böyük və nüfuzlu elmmetrik bazaların xüsusiyyətlərini müqayisəli şəkildə izah edib, onların oxşar və fərqli cəhətlərini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, beynəlxalq universitet reytinqlərinin əksəriyyətində nüfuzlu elmmetrik bazanın göstəricilərindən daha geniş istifadə olunur Təqdimatda multidisiplinar və interdisiplinar tədqiqat yanaşmaları arasındakı fərqlər izah olunub, müxtəlif elm sahələrinin əməkdaşlığına əsaslanan interdisiplinar tədqiqatların müasir elmdə daha geniş imkanlar yaratdığı vurğulanıb. Eyni zamanda, ixtisaslaşmış sahə jurnallarında dərc olunmağın üstünlükləri barədə məlumat verilib.

 

Görüşdə süni intellekt alətlərinin elmi tədqiqat prosesində istifadəsinə də toxunulub. Bildirilib ki, ümumi təyinatlı süni intellekt sistemlərindən istifadə zamanı təqdim olunan istinadların etibarlılığı diqqətlə yoxlanılmalıdır.

 

Nüfuzlu elmmetrik bazada indekslənən elmi mənbələr əsasında işləməsi səbəbindən tədqiqatçılar üçün daha etibarlı imkanlar təqdim etdiyini qeyd edib.

 

Görüş çərçivəsində elmi etika, akademik dürüstlük prinsipləri, plagiatın qarşısının alınması, eləcə də süni intellektdən istifadə edilərək hazırlanan mətnlərin plagiat və orijinallıq baxımından qiymətləndirilməsi məsələləri də müzakirə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev