Azərbaycan Tibb Universitetinin tələbəsi “Falling Walls Lab Azerbaijan” müsabiqəsinin finalına yüksəlib  
03.07.2026 17:52

Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi elmi, texnoloji, biznes və sosial sahələrdə innovativ ideyası olan gənc tədqiqatçıları, tələbələri və mütəxəssisləri bir araya gətirən nüfuzlu beynəlxalq innovasiya platforması - “Falling Walls Lab Azerbaijan” müsabiqəsinin finalına yüksəlib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, 146 müraciətin daxil olduğu və yalnız 19 ən yaxşı iştirakçının seçildiyi müsabiqənin finalçıları arasında ATU-nun Əczaçılıq fakültəsinin III kurs tələbəsi Amin Əhmədov da yer alıb. 

 

Yüksək rəqabət şəraitində keçən müsabiqəyə “Breaking The Wall of Unsafe Pharmacy Decisions” adlı layihə ilə qatılan tələbəmizin finala qədər yüksəlməsi mühüm nailiyyətdir. Bu nəticə maraqlı ideya, ciddi hazırlıq və ekspertlər qarşısında layihənin uğurla təqdimatının göstəricisidir. 

 

Gənc tədqiqatçıların imkişafını hər zaman dəstəkləyən və bu fəaliyyəti daim diqqət mərkəzində saxlayan Azərbaycan Tibb Universiteti üçün tələbələrin bu cür beynəlxalq təşəbbüslərdə iştirakı xüsusi əhəmiyyət daşıyır. Belə müsabiqələr tələbələrə öz ideyalarını təqdim etmək, innovasiya mühitinin nümayəndələri ilə tanış olmaq, layihələrini inkişaf etdirmək və peşəkar rəylər almaq imkanı yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev