Beyləqan rayonunun Aşağı Çəmənli kəndində səyyar tibbi müayinə təşkil olunub
03.07.2026 11:25
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində rayonun Aşağı Çəmənli kəndində növbəti səyyar həkim müayinəsi təşkil edilib.
 
Aztibb.az-a Beyləqan RMX-dan verilən xəbərə görə, səyyar tibbi aksiya zamanı kənd sakinləri müxtəlif ixtisaslı həkimlər tərəfindən müayinə olunub, onların sağlamlıq vəziyyəti qiymətləndirilib, şikayətləri dinlənilib və zəruri tibbi məsləhətlər verilib. Eyni zamanda ehtiyac olan vətəndaşlara əlavə müayinə və müalicə ilə bağlı tövsiyələr təqdim olunub, ixtisaslaşmış tibbi xidmətə ehtiyacı olan şəxslərin növbəti mərhələdə aidiyyəti üzrə yönləndirilməsi təmin edilib.
 
Keçirilən səyyar müayinə çərçivəsində 40-a yaxın vətəndaşa ümumilikdə 56 adda tibbi xidmət göstərilib. Göstərilən xidmətlərə terapevt, pediatr, nevroloq, ginekoloq və digər ixtisaslı həkimlərin müayinələri, arterial təzyiqin ölçülməsi, qanda şəkərin təyini və digər zəruri tibbi prosedurlar daxil olub.
 
Səyyar tibbi müayinələrin keçirilməsində əsas məqsəd kəndlərdə yaşayan əhalinin tibbi xidmətlərə çıxış imkanlarını genişləndirmək, xəstəliklərin erkən mərhələdə aşkarlanmasına nail olmaq, profilaktik tədbirləri gücləndirmək və vətəndaşların sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasına töhfə verməkdir.
 
Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən bu cür səyyar tibbi aksiyaların gələcəkdə də rayonun digər yaşayış məntəqələrində davam etdirilməsi nəzərdə tutulur. Bu təşəbbüs sakinlər tərəfindən məmnunluqla qarşılanıb və onların keyfiyyətli tibbi xidmətlərdən rahat şəkildə yararlanmasına imkan yaradıb
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin MƏLUMATI
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb