Göygöldə tibbi müayinə aksiyası: Rayon sakinlərinə 2 527 tibbi xidmət göstərilib
15.07.2026 13:18
“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Göygöl rayonunda üç gün davam edən səyyar tibbi müayinə aksiyası keçirilib.
 
Aztibb.az-ın xəbərinə görə, “AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətinin 10 illiyi çərçivəsində təşkil olunan aksiya Göygöl rayonunun Tülallar, Zurnabad, Topalhəsənli və Gəncə kəndlərinin, eləcə də rayonun digər yaşayış məntəqələrinin sakinlərini əhatə edib. Aksiyanın ilk günü şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçılarına həsr olunub.
 
Peşəkar həkim briqadası tərəfindən ümumilikdə 436 rayon sakininə tibbi xidmət göstərilib. Sakinlər oftalmoloq, terapevt, otorinolarinqoloq (LOR), endokrinoloq, kardioloq, nevroloq, pediatr və ümumi cərrah müayinələrindən keçməklə yanaşı, ultrasəs müayinəsi (USM), exokardioqrafiya (EXO), elektrokardioqrafiya (EKQ), qanın və sidiyin ümumi analizi, qanda virus hepatitlərinin təyini, ambulator arterial təzyiq monitorinqi və qanda şəkər səviyyəsinin müəyyən edilməsi kimi diaqnostik xidmətlərdən də ödənişsiz yararlanıblar.
 
Aksiya çərçivəsində ilk dəfə olaraq rayon sakinlərinə müasir diaqnostik avadanlıqlarla təchiz edilmiş səyyar oftalmoloji klinikada da xidmət göstərilib. Burada ümumi göz müayinəsi, görmə diaqnostikası, gözdaxili təzyiqin ölçülməsi, gözün optik gücünün müəyyənləşdirilməsi və digər ixtisaslaşmış oftalmoloji xidmətlər həyata keçirilib.
 
Ümumilikdə aksiya müddətində rayon sakinlərinə 2 527 tibbi xidmət göstərilib. Müayinələr zamanı müxtəlif xəstəlik və sağlamlıq problemləri aşkarlanan vətəndaşlara müvafiq müalicə təyin olunub, əlavə müayinə və ixtisaslaşmış tibbi yardıma ehtiyacı olan şəxslərə isə aidiyyəti tibb müəssisələrinə müraciət etmələri tövsiyə edilib.
 
Qeyd edək ki, “AzerGold” QSC tərəfindən 2021-ci ildən etibarən mütəmadi olaraq həyata keçirilən səyyar tibbi müayinə aksiyalarının əsas məqsədi ucqar yaşayış məntəqələrində yaşayan əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və profilaktik müayinə mədəniyyətinin təşviqidir. Bu günədək keçirilmiş aksiyalar çərçivəsində ümumilikdə 2 936 nəfər sakinə 11 890 tibbi xidmət göstərilib.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır