Ən qədim taun epidemiyası təxminən 5500 il əvvəl baş verib - DNT tədqiqatı 
02.07.2026 12:10

Sibirdə qəbiristanlıqlardan götürülən DNT nümunələrinin təhlili indiyədək məlum olan ən qədim taun epidemiyasının təxminən 5 500 il əvvəl baş verdiyini ortaya qoyub.

 

Aztibb.az "Arqumentı i faktı" nəşrinə istinadən yazır ki, alimlər Sibirin cənubunda yerləşən Baykal gölü ətrafındakı qəbiristanlıqlarda aparılan araşdırmalar zamanı taun bakteriyasının yeni bir növünü aşkar ediblər.

 

Bölgənin ən böyük iki qəbiristanlığında aydın ölüm səbəbi müəyyən edilməyən çoxlu sayda uşaq və gəncin qalıqlarına rast gələn tədqiqatçılar bu ölümlərin səbəbini araşdırıblar.

 

Qalıqlar üzərində aparılan DNT analizləri nəticəsində məlum olub ki, qəbiristanlıqda dəfn edilmiş 46 nəfərdən 18-i taun bakteriyasına yoluxub.

 

Əvvəllər alimlər taunun təxminən 3 800 il əvvəl meydana çıxdığını ehtimal edirdilər. Lakin yeni tapıntılar xəstəliyin düşünüldüyündən xeyli əvvəl – təxminən 5 500 il əvvəl mövcud olduğunu göstərib.

 

Mütəxəssislərin fikrincə, əldə olunan nəticələr taun xəstəliyinin insanlarda mənşəyinə dair bu günə qədər müəyyən edilmiş ən qədim elmi sübut hesab oluna bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır