TƏBİB-in daha bir müəssisəsində onlayn növbə sistemi istifadəyə verildi
30.06.2026 11:19

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin daha əlçatan, operativ və vətəndaşyönümlü təşkili istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə növbəti addım olaraq Xətai Tibb Mərkəzində onlayn növbə sistemi istifadəyə verilib. Yeni sistem vətəndaşların həkim qəbuluna əvvəlcədən qeydiyyatdan keçməsini asanlaşdırmaqla yanaşı, qəbul prosesinin daha çevik və səmərəli təşkilinə xidmət edir.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, onlayn növbə mexanizmi vətəndaşların gözləmə müddətinin azalmasına, tibb müəssisələrində sıxlığın tənzimlənməsinə və xidmətlərin daha rahat şəraitdə göstərilməsinə imkan verir. Bununla yanaşı, qəbul cədvəllərinin əvvəlcədən formalaşdırılması həkimlərin iş vaxtının daha səmərəli planlaşdırılmasına, qəbul prosesinin nizamlı təşkilinə və resurslardan daha effektiv istifadəyə şərait yaradır.

 

Hazırda Xətai Tibb Mərkəzində bütün ixtisaslar üzrə həkim qəbuluna onlayn növbə götürmək mümkündür. Vətəndaşların rahat şəkildə istiqamətləndirilməsi və qəbul prosesinin fasiləsiz təşkili məqsədilə sözügedən müəssisədə xüsusi məlumat monitorları mövcuddur. Həmçinin növbələrin operativ idarə olunması və vətəndaşlara zəruri dəstəyin göstərilməsi üçün məsul əməkdaşlar prosesə cəlb olunublar.

 

Onlayn növbə sistemindən istifadə etmək üçün "myGov" tətbiqinə keçid vasitəsilə daxil ola bilərsiniz: https://onelink.to/rryy4q

 

Qeyd edək ki, onlayn növbə sistemi bundan əvvəl Yeni Klinika, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Kliniki Tibbi Mərkəz və Nizami Tibb Mərkəzində tətbiq edilib. Xətai Tibb Mərkəzi isə bu sistemin aktivləşdirildiyi beşinci tibb müəssisəsidir.

 

TƏBİB tərəfindən vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi, gözləmə müddətinin minimuma endirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə onlayn növbə sisteminin digər tabeli tibb müəssisələrində də mərhələli şəkildə tətbiqi davam etdiriləcək.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv