Xankəndi Tibb Mərkəzi istifadəyə verilib  
25.06.2026 15:54

İyunun 25-də Xankəndi şəhərində “Xankəndi Tibb Mərkəzi”nin rəsmi açılış mərasimi keçirilib.

 

Aztibb.az-a Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, tibb ictimaiyyətinin nümayəndələri və qonaqlar iştirak ediblər. Açılış mərasimində çıxış edən Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, əhalinin keyfiyyətli səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

 

O, bölgədə özəl səhiyyə sektorunun inkişafının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, müasir tibbi avadanlıqlarla təchiz olunan mərkəzdə ambulator qəbul, laborator diaqnostika, stomatologiya, psixologiya, pediatriya, kardiologiya, ginekologiya və digər tibbi xidmətlər göstəriləcək. Daha sonra qonaqlar mərkəzdə yaradılan şəraitlə tanış olublar. O da xüsusi vurğulanıb ki, tibb mərkəzinin fəaliyyətə başlaması bölgədə səhiyyə xidmətlərinin əlçatanlığının artırılmasına, yeni iş yerlərinin yaradılmasına və Qarabağın sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək. Tədbir çərçivəsində elmi-praktiki konfrans da keçirilib. Konfransda səhiyyənin inkişafı və müasir tibbi xidmətlərin təşkili ilə bağlı məruzələr dinlənilib, daha sonra panel müzakirələri aparılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
90 yaşlı alimlə MÜSAHİBƏ
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
Sumqayıt Tibb Mərkəzində maarifləndirici təlim: “Məişət zorakılığına qarşı birlikdə” 
 Sabirabad RMX-da “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici təlim keçirilib    
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
 Mərkəzi Klinikanın ümumi cərrahı Böyük Britaniyada beynəlxalq konqresdə çıxış edib   
Tanınmış şair Rüstəm Behrudi Bakı Sağlamlıq Mərkəzində olub