Alimlər gənə və ağcaqanadlardan insana yoluxa bilən 30-dan çox naməlum virus aşkar ediblər
22.06.2026 12:24

Rusiyada “Rospotrebnadzor”un “Vektor” Dövlət Elmi Mərkəzinin mütəxəssisləri ölkənin müxtəlif bölgələrindən toplanmış nümunələrin tədqiqi zamanı əvvəllər elmə məlum olmayan 30-dan çox RNT-virusu aşkar ediblər. Tədqiqat gənələr, ağcaqanadlar, kiçik məməlilər və yarasalardan götürülmüş materiallar əsasında aparılıb.

 

Azmedinfo.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.


Məlumata görə, virusların bioməlumat bankı Rusiyanın 50 regionundan “Vektor” mərkəzinə daxil olan nümunələr əsasında formalaşdırılıb. Kolleksiyaya 20 mindən çox gənə, ağcaqanad, kiçik məməli və yarasadan əldə edilən materiallar daxil edilib.

Mərkəzin hesabatında qeyd olunur ki, aşkar olunmuş virusların genom örtüyünün 70%-dən çoxunun təhlili sayəsində 30 yeni RNT-virusu identifikasiya edilib (tanınıb).

İdentifikasiya prosesində mütəxəssislər ehtimal olunan virus zülallarının translasiyasını formalaşdıran nukleotid ardıcıllıqlarını, həmçinin RNT-viruslarının çoxalması üçün zəruri olan RdRp (RNT-asılılıqlı RNT-polimeraza) fermentini öyrəniblər. Bu məlumatlar tapılan törədicilərin təbiətini və onların mövcud taksonomik təsnifatdakı (təbiətdəki qruplaşma) yerini müəyyən etmək üçün istifadə olunub.

Bundan əlavə, tədqiqatçılar hələlik məlum qrupların heç birinə daxil edilə bilməyən daha 3 yeni RNT-virusunun mövcudluğunu qeydə alıblar. “Rospotrebnadzor”dan bildirilib ki, əldə olunan nəticələr öyrənilən daşıyıcılar və heyvanlar arasında dövr edən RNT-viruslarının bioloji müxtəlifliyinin olduqca yüksək olduğunu göstərir.

Qurum həmçinin metagenomik sekvenləşdirmənin (orqanizmlərin DNT/RNT kodlarının laboratoriya şəraitində oxunması metodu) vacibliyini vurğulayıb. Çünki bu müasir metod təkcə yaxşı öyrənilmiş patogenləri deyil, həm də buynuzbuğumlular (gənə, ağcaqanad və s.) vasitəsilə ötürülən az məlum olan yeni virus agentlərini effektiv şəkildə üzə çıxarmağa imkan verir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır