Alimlər Alzheimer xəstəliyi ilə onkoloji mutasiyalar arasında yeni əlaqə aşkarlayıblar
17.06.2026 13:30

Qan xərçəngi ilə əlaqələndirilən bəzi genetik mutasiyaların Alzheimer xəstəliyinin inkişafına da təkan verə biləcəyi müəyyən edilib.

 

Aztibb.az bu barədə "Science Daily" jurnalında dərc olunan araşdırmaya istinadən məlumat verir.

 

Tədqiqatın rəhbəri, Boston Uşaq Xəstəxanasının genetika və genomika şöbəsinin müdiri Kristofer Valş bildirib ki, müəyyən mənada Alzheimer xəstəliyi xərçəngə bənzəyir. Onun sözlərinə görə, limfoma və leykemiyanın yaranmasına səbəb olan bəzi mutasiyalar Alzheimer xəstəliyində də müşahidə olunur. Bu isə gələcəkdə onkologiyada istifadə edilən bəzi preparatların Alzheimerin müalicəsində tətbiqinə imkan yarada bilər.

 

Alimlər Alzheimer xəstəliyindən əziyyət çəkən 190 nəfərin beyin toxuması nümunəsində 149 onkogenin vəziyyətini araşdırıb və nəticələri 121 sağlam insanın göstəriciləri ilə müqayisə ediblər. Məlum olub ki, Alzheimer xəstələrinin beyin toxumalarında DNT-nin nöqtəvi mutasiyalarının sayı daha çoxdur. Bu dəyişikliklərin əksəriyyəti eyni beş onkogendə təkrarlanıb ki, bu da onların beynin immun hüceyrələri olan mikroqliyada toplandığını göstərir.

 

Mikroqliya hüceyrələri zədələnmiş və məhv olmuş sinir hüceyrələrinin təmizlənməsinə cavabdehdir. Əvvəllər hesab olunurdu ki, bu hüceyrələr qan-beyin baryerini keçmir və yalnız beyin daxilində qalır. Lakin tədqiqat zamanı mikroqliyada aşkar edilən mutasiyaların eyni xəstələrin qan hüceyrələrində də mövcud olduğu müəyyənləşdirilib.

 

Araşdırmanın həmmüəllifi Auqust Yue Huanq bu nəticəni gözlənilməz adlandıraraq bildirib ki, kəşf Alzheimer xəstəliyinin yaranma mexanizmi ilə bağlı tamamilə yeni baxış formalaşdırır. Alimlərin ehtimalına görə, yaşlanma və ya müxtəlif zədələnmələr nəticəsində qan-beyin baryeri zəifləyir və mutasiyaya uğramış immun hüceyrələri beyinə daxil olaraq mikroqliyaya bənzər hüceyrələrə çevrilirlər.

 

Eyni zamanda beyində yığılan zülal çöküntüləri mikroqliyanın sürətlə çoxalmasına səbəb olur. Mutasiyalar hesabına üstünlük qazanan hüceyrələr daha sürətlə artaraq güclü iltihabi mühit yaradır, bu da qonşu neyronların zədələnməsinə və Alzheimer xəstəliyinin daha sürətli inkişafına gətirib çıxarır.

 

Tədqiqatın digər həmmüəllifi Alis Younqjon Li qeyd edib ki, əldə olunan nəticələr gələcəkdə Alzheimer xəstəliyinin riskini qiymətləndirmək üçün qan analizlərinin hazırlanmasına zəmin yarada bilər. Çünki canlı insanlarda beyin toxumasının öyrənilməsi olduqca çətin və məhdud imkanlara malikdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır