Süni intellekt səhiyyədə qaydaları dəyişir - Daha az stress, xəstələrlə daha çox ünsiyyət
14.06.2026 08:56

“Philips” şirkətinin "Future Health Index 2026" hesabatına görə, süni intellekt səhiyyə işçilərinin iş prosesində əhəmiyyətli dəyişikliklər yaradaraq onların vaxtına qənaət edir, stress səviyyəsini azaldır və xəstələrlə daha çox ünsiyyət qurmasına imkan yaradır.

Aztibb.az "Medikforum"a istinadən yazır ki,aAraşdırma Braziliya, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, Niderland, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və ABŞ-da çalışan 2 mindən çox tibb işçisi və 20 mindən artıq pasiyentin iştirakı ilə aparılıb.

Hesabata əsasən, səhiyyə mütəxəssislərinin 80 faizindən çoxu süni intellektin xəstə müalicəsinin nəticələrini yaxşılaşdıracağına inanır. Respondentlərin 70 faizi isə bu texnologiyanın faydalarının risklərdən daha üstün olduğunu düşünür.

Məlumata görə, süni intellektdən istifadə edən klinisyenlərin təxminən yarısı ildə azı 132 saat vaxt qazandığını bildirib. Bu isə üç tam iş həftəsindən artıq müddətə bərabərdir. Xüsusilə tibb bacıları inzibati və qeyri-klinik işlərdə daha çox vaxt qənaəti əldə etdiklərini qeyd ediblər.

Tibb işçilərinin 71 faizi süni intellekt sayəsində iş proseslərinin daha səmərəli təşkil olunduğunu, 50 faizi isə daha çox xəstəyə xidmət göstərə bildiklərini vurğulayıb. Respondentlərin təxminən yarısı bu texnologiyanın iş-həyat balansını yaxşılaşdırdığını və stress səviyyəsini azaltdığını bildirib.

Süni intellekt əsasən tibbi qeydlərin hazırlanması, görüşlərin planlaşdırılması və sənədləşmə işlərində istifadə olunur. Bununla yanaşı, həkimlər texnologiyadan rentgen görüntülərinin daha sürətli təhlili, dərman qarşılıqlı təsirlərinin müəyyənləşdirilməsi və klinik qərarların dəstəklənməsi üçün də yararlanırlar.

Araşdırma iştirakçılarının 39 faizi son üç ay ərzində süni intellektin ən azı üç dəfə potensial tibbi səhvləri aşkar etdiyinin və ya qarşısını aldığının şahidi olduğunu bildirib. Tibb işçilərinin 65 faizindən çoxu isə bu texnologiyanın qərarvermə prosesində özünəinamlarını artırdığını qeyd edib.

Bununla yanaşı, hesabatda vurğulanır ki, süni intellektə maraq səhiyyə müəssisələrinin onu tətbiq etmə sürətini üstələyir. Tibb işçilərinin təxminən üçdə ikisi iş yerlərində kifayət qədər imkan olmadıqda şəxsi süni intellekt alətlərindən istifadə etdiyini etiraf edib.

Mütəxəssislər hesab edirlər ki, gələcəkdə süni intellekt səhiyyə peşələrinin fəaliyyət formasını əhəmiyyətli dərəcədə dəyişəcək. Respondentlərin 96 faizi iş üsullarının dəyişəcəyini, 53 faizi isə peşələrində ciddi transformasiya baş verəcəyini gözləyir.

Bununla belə, tibb işçilərinin əksəriyyəti insan amilinin əvəzolunmaz olduğunu vurğulayır. Sorğuda iştirak edənlərin 86 faizi süni intellektin verdiyi nəticələrin mütləq insan nəzarətindən keçməli olduğunu, 80 faizdən çoxu isə bu texnologiyanın heç vaxt həkimlə pasiyent arasındakı münasibətləri əvəz edə bilməyəcəyini bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama