Qlioblastomaya qarşı ilk onkovaksinin 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır
11.06.2026 10:41

 

Rusiyada qlioblastoma xəstəliyinə qarşı hazırlanmış ilk onkovaksinlərin 2026-cı ildə tətbiqinə icazə alınması gözlənilir. Bu barədə iyunun 9-da Rusiya Federal Tibbi-Bioloji Agentliyinin rəhbəri Veronika Skvortsova məlumat verib.

 

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, Agentlik rəhbərinin sözlərinə görə, 2026-cı ildə qlioblastomaya qarşı onkovaksinin istifadəsinə icazə verilməsi nəzərdə tutulub.

 

Skvortsova bildirib ki, ilk vaksin peptid əsaslı olacaq və “Qliopept” adlanacaq. Agentlik ilin sonuna qədər qlioblastomaya qarşı hazırlanmış mRNT texnologiyalı ikinci vaksin — “Qliorna” üçün də istifadəyə icazə almağı planlaşdırır.

 

Qlioblastoma beynin ən aqressiv bədxassəli şişlərindən biri hesab olunur və çox vaxt təsadüfən aşkar edilir. Tibb elmləri namizədi, onkoloq Yevgeni Çeremuşkin aprelin 14-də xəstəliyin gözlənilməz əlamətlərindən danışarkən qeyd edib ki, qlioblastomadan şübhələnməyə səbəb ola biləcək əlamətlər arasında görmə, eşitmə və qoxubilmə qabiliyyətinin qəfil pisləşməsi, davamlı baş ağrıları və koordinasiya pozğunluqları yer alır.

 

Mütəxəssislər vurğulayırlar ki, yeni vaksinlərin effektivliyi və təhlükəsizliyi ilə bağlı yekun nəticələr yalnız bütün klinik sınaqlar tamamlandıqdan və müvafiq tənzimləyici qurumların təsdiqindən sonra məlum olacaq.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır