ATU əməkdaşının məqaləsi nüfuzlu xarici jurnalda çap olunub
19.11.2020 19:04

Azərbaycan Tibb Universitetinin (ATU) beynəlxalq əlaqələr şöbəsinin müdiri, Patoloji anatomiya kafedrasının dosenti Müşfiq Orucovun elmi məqaləsi "Nature" ailəsinə daxil olan “Scientific Reports” jurnalında çap olunub.

 

Aztibb.az xəbər verir ki, “Hepatobiliar bədxassəli şişlər fərqli periferik mieloid mənşəli supressor hüceyrə xüsusiyyətlərinə və şiş mieloid hüceyrə profillərinə malikdirlər” (Hepatobiliary malignancies have distinct peripheral myeloid-derived suppressor cell signatures and tumor myeloid cell profiles) adlı məqalə M.Orucovun ABŞ-ın Klivlend Klinikasında elmi ezamiyyətdə olduğu müddətdə aparılan araşdırma çərçivəsində hazırlanıb.

 

M.Orucov bildirir ki, “Fulbright” proqramı çərçivəsində həyata keçirilən ezamiyyət zamanı "Cleveland Clinic", "Cleveland Case Comprehensive Cancer Center", "Case Western Reserve University" əməkdaşları ilə birgə elmi araşdırma aparılıb: “Elmi araşdırma nəticəsində məlum olub ki, mieloid-mənşəli supressor hüceyrələrin miqdarı (MDSC) viral hepatosellulyar karsinoma da daxil olmaqla, bir çox bədxassəli şişləri olan pasiyentlərin periferik qanında çoxalır və onlar immunosupressiv təsir göstərirlər. Bu uğurumda böyük əməyi olan elmi məsləhətçim Dr. Daniela Allendeyə və Fulbright Proqramına xüsusi təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, ATU əməkdaşının elmi məqaləsi ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://www.nature.com/articles/s41598-020-75881-1

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır