Stomatologiya üzrə birinci kurs tələbələri ilə onlayn görüş keçirilib
19.11.2020 15:21
Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin rəhbərliyi I kursa qəbul olan tələbələrlə onlayn görüş keçirib.
 
Görüşdə fakültə dekanı dosent Səid Əhmədov iştirakçıları Azərbaycan xalqının böyük zəfəri münasibəti ilə təbrik edərək bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində mənfur düşmənin zəbt etdiyi torpaqlarımızı geri qaytardı: "Qələbə sevincini bizə bəxş edən Ali Baş Komandana, şanlı Ordumuza sonsuz təşəkkür edir, Vətən uğrunda şəhid olmuş bütün qardaşlarıma Allahdan rəhmət, ailələrinə səbir diləyirik”.
 
Dekan S. Əhmədov koronavirus pandemiyası səbəbindən hazırda ölkədə və dünyada hökm sürən gərgin vəziyyətlə əlaqədar təhsilin distant formada aparıldığını xatırlatdı: “Universitet müəllimləri onlayn dəsrlərdə iştirak edirlər. Bununla yanaşı, çox geniş beynəlxalq əlaqələrə malik olan ATU-nun bəzi xarici ölkələrin universitetiləri ilə qarşılıqlı əməkdaşlıq memorandumu var. Hazırda tələbələrimiz Türkiyənin Ankara və Qazi Universitetlərinin təşkil etdiyi distant təhsilə qoşularaq, onların tələbələri ilə eyni dərsləri izləmək imkanı əldə edir”.
 
Daha sonra fakültənin akademik məsləhətçisi Aysel Həşimova tələbələri maraqlandıran sualları cavablandırıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır