Süni intellekt gələcəyin pediatrlarına pasiyentlə ünsiyyət qurmağı öyrədəcək
29.05.2026 09:23

“Virtual pasiyent” platforması gələcək pediatrların hazırlığında süni intellekt texnologiyalarından istifadəni genişləndirir. Platforma real xəstəlik tarixçələri əsasında klinik halları modelləşdirir və tələbələrə təhlükəsiz rəqəmsal mühitdə tibbi müayinə aparmaq imkanı yaradır.

 

Aztibb.az “Uçitelskaya qazeta”ya istinadən yazır ki, N.F.Filatov adına Uşaq Sağlamlığı Klinik İnstitutunda yaradılan sistemə uşaqlıq xəstəlikləri üzrə interaktiv dərsliklər, 1500-dən çox audio-video material, minlərlə sağlamlıq göstəricisi və 176 virtual pasiyent daxil edilib. Platforma tələbələrin klinik düşüncə qabiliyyətini inkişaf etdirmək üçün real tibbi situasiyalar təqdim edir.

 

Sistemə inteqrasiya olunan süni intellekt tələbələrin bilik səviyyəsini qiymətləndirir, zəif olduqları mövzuları müəyyən edir və əlavə tədris materialları təklif edir. Yeni istifadəyə verilən “Həkim-pasiyent” modulu isə tələbələrə virtual pasiyentlə dialoq quraraq anamnez toplamağı öyrədir. Süni intellekt tələbənin verdiyi sualların düzgünlüyünü analiz edir və onun kommunikasiya bacarıqlarını inkişaf etdirməyə kömək edir.

 

İnstitutun direktoru Yekaterina Alekseyeva bildirib ki, platforma real pasiyentlə işləməni əvəz etməsə də, tələbələrin praktiki bacarıqlarını əvvəlcədən təkmilləşdirməsinə imkan yaradır.

 

Bu il platformaya əlavə olunacaq “Sİ-naviqator” modulu tələbələrin psixoloji xüsusiyyətlərini, öyrənmə sürətini və maraqlarını təhlil edərək onlara uyğun ixtisas seçimi və fərdi təhsil istiqaməti barədə tövsiyələr verəcək.

 

Hazırda platformada Rusiyanın 13 tibb universitetindən 5 minə yaxın tələbə qeydiyyatdan keçib. Layihənin tətbiqindən sonra uşaqlıq xəstəliklərinin propedevtikası imtahanında “əla” qiymət alan tələbələrin sayı 28 faiz artıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır