Bakı Qida Sənayesi Kollecində maarifləndirici tədbir keçirilib  
23.05.2026 11:04
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı Qida Sənayesi Kollecinin müəllim və tələbə heyəti üçün sağlamlıq hüquqları və zərərli vərdişlərin profilaktikasına dair tədbir təşkil olunub.
 
Bu barədə Aztibb.az-a İSİM-dən xəbər verilib.
 
Bildirilib ki, İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və baş hüquq məsləhətçisi Rüstəm Məmmədov geniş təqdimatla çıxış ediblər. İştirakçılara müasir dövrdə sağlamlığa təsir edən amillər barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, həyata keçirilən bütün ictimai sağlamlıq təşəbbüslərinin məqsədi ölkədə dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək, əhalinin ümumi rifahını yüksəltmək və sağlamlığın möhkəmləndirilməsi yolu ilə daha sağlam gələcək formalaşdırmaqdır.
 
Tədbir zamanı mövzu ətrafında fikir mübadiləsi aparılıb və beynəlxalq təcrübə müzakirə edilib.
 
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici çap materialları təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır