“Oftalmologiyanın aktual problemləri” monoqrafiyası ilk dəfə ingilis dilində çapdan çıxıb
23.07.2025 09:35

Azərbaycan oftalmologiya elmi məktəbinin yaradıcısı akademik Zərifə Əziz qızı Əliyeva, akademik Larisa Konstantinovna Moşetova və professor Nina Borisovna Şulpinanın 1983-cü ildə rus dilində nəşr edilmiş “Oftalmologiyanın aktual problemləri” monoqrafiyası ilk dəfə olaraq ingilis dilinə professonal tərcümə edilmiş və yeni redaksiyada AMEA-nın “Elm” nəşriyyatında nəfis şəkildə çapdan çıxmışdır.

 

Aztibb.az-ın xəbərinə görə, monoqrafiya nəşrə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və akademik Zərifə Əliyeva adına Azərbaycan Milli Oftalmologiya Mərkəzinin direktoru AMEA-nın müxbir üzvü Elmar Qasımov tərəfindən hazırlanmış və elmi redaktə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 2022-ci il tarixli “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası çərçivəsində, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 22 noyabr 2022-ci il tarixli 21/2 saylı qərarına əsasən nəşr edilmiş monoqrafiyaya AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və müəlliflərdən biri – Rusiya Fasiləsiz Peşəkarlıq Təhsili Tibb Akademiyasının prezidenti akademik Larisa Moşetova ön söz yazmışlar.

 

Bu qiymətli əsər oftalmologiyanın aktual problemlərinə həsr olunmuş beş bölməni: həkimin mənəvi tərbiyəsi, deontologiya məsələləri, tibbi etika və əxlaq, göz biomikroskopiyasının müasir aspektləri, göz virologiyasının əsasları, görmə orqanının zədələnmələri və göz mikrocərrahiyyəsinin propedevtikası məsələlərini əhatə edir. Müəlliflər oftalmoloqlar üçün təkmilləşdirmə və ixtisasartırma üzrə vahid proqramın və metodik göstərişlərin tələblərinə uyğun olaraq, ixtisasın nəzəriyyəsi və praktikasında əldə olunmuş nailiyyətləri, eləcə də öz elmi töhfələrini işıqlandırmışlar.

 

“Oftalmologiyanın aktual problemləri” monoqrafiyasının ingilis versiyası oftalmoloqlar, tibb ixtisasartırma institut və fakültələrinin müəllimləri, eləcə də ingiliscə təhsil alan tələbələr üçün qiymətli vəsait olacaqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub