ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdindəki Şəxsi İnkişaf və Psixoloji Təlimlər Klubunun bir illik fəaliyyətinə həsr olunan KİTAB
20.07.2025 13:07

Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Şəxsi İnkişaf və Psixoloji Təlimlər Klubunun bir illik fəaliyyətinə həsr olunmuş kitab işıq üzü görüb.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, "Tarixə Düşən Fəaliyyətlər " adlı kitabda klubda bu müddət ərzində keçirilən psixoloji təlimlər, seminar və maarifləndirici tədbirlər, komanda inkişafı proqramlarına dair məlumat verilib.

 

Bir ideyanın gerçəkliyə çevrilmə tarixini nümayiş etdirən bu kitabın səhifələrində yalnız tədbirlər deyil, həm də tələbələrin xəyalları, çəkdiyi zəhmətlər barədə məlumat tapmaq mümkündür. 

 

Kitabın müəllifləri ATU-nun Hərbi Tibb fakültəsinin IV kurs tələbəsi  eyni zamanda klubun təsisçisi və sədri Nəriman İskəndərov, həmin klubun idarə heyətinin üzvü Hərbi Tibb fakültəsinin II kurs tələbəsi – Rəşid Qasımlıdır.

 

Kitabda qeyd edilib ki, klubun yaradılmasında əsas məqsəd gəncləri özünüinkişafa, psixoloji maarifə və sosial təşəbbüskarlığa təşviq edən bir mühit yaratmaq, tələbələri əhatə edən bir platforma yaratmaqdan ibarət olub. Bu qurumun fəaliyyəti sayəsində fərqli fakültələrdə təhsil alan gənclər arasında özünüifadə, liderlik, ictimai iştirakçılıq və psixoloji dayanıqlıq kimi sahələrdə inkişaf imkanları yaradılıb. 

 

Səmimi əməkdaşlıq, ruh yüksəkliyi və qarşılıqlı anlayış nəticəsində uğurlar ədə edilib. 

 

Kitab müəllifləri klubun yaranması və fəaliyyətinin dəstəklənməsinə şərait yaratdığı üçün Azərbaycan Tibb Universitetinin rəhbərliyinə, bütün tədbirlərin təşkili və texniki dəstəklərinə görə ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinə, Tələbə Gənclər Təşkilatına, klubun ideya və təşkilati bazasını formalaşdırdığı üçün bütün idarə heyəti üzvlərinə və fəal tələbələrə təşəkkürlərini bildiriblər. 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub