Kəlbəcərdə çağırışa gələn təcili tibbi yardım briqadası doğuş prosesini idarə edib
24.06.2025 17:43

Kəlbəcər rayonu, Bəylik kəndində yaşayan hamilə qadının doğuş prosesini çağırışa gələn təcili yardım briqadası həyata keçirib.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, bu gün səhər saat 10:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sözügedən kənddən 23 yaşlı hamilə qadınla bağlı çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

 

Tərtər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Gülşən Bayramova tərəfindən 34 həftəlik hamilə qadının vaxtından əvvəl doğuş prosesi çağırış ünvanında icra olunub.

 

Doğuş zamanı dölün boynuna göbək ciyəsinin dolandığı müşahidə olunub və müvafiq müdaxilə ilə boyun göbək ciyəsindən təhlükəsiz şəkildə azad edilib. Daha sonra isə briqada tərəfindən doğuş prosesi təcili tibbi yardım avtomobilində nəzarətə götürülüb.

 

Tibbi heyət tərəfindən zahı qadın və yenidoğulmuş müvafiq tibb müəssisəsinə təxliyə olunub.

 

Xəstəxanada anaya və körpəsinə zəruri tibbi xidmətlər göstərilib.

 

Körpənin cinsi qız, çəkisi 2 kq, boyu isə 44 sm olub.

 

Hazırda ana və körpənin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir!

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev