Göyçay Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə miniinvadid kəsiklə "sol kürək sümüyünün metal osteosintezi" əməliyyatı icra olunub
23.11.2023 14:51
27 yaşlı Göyçay rayon Potu kənd sakini Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, müayinə vaxtı xəstədə "Sol kürək sümüyünün qapalı yerdəyişmiş sınığı" aşkarlanıb. Xəstə üzərində Göyçay Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə olaraq miniinvadid kəsiklə "sol kürək sümüyünün metal osteosintezi" əməliyyatı həyata keçirilib.
 
Uğurla keçən əməliyyatı həkim-travmatoloq-ortoped Elman İbadov, həkim-travmatoloq-ortoped Vüqar Bəkirov və reanimatoloq-anestezioloq Emil Əliyev icra ediblər.
 
Əməliyyatdan sonra xəstə özünü yaxşı hiss edib və tibb personalına təşəkkürünü bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev