Təlim: "Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” 
30.08.2023 22:10

Avqustun 30-da Şəkidə ilkin səhiyyə xidməti müəssisələrində çalışan həkimlər üçün "Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” adlı təlim keçirilib.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a verilən xəbərə görə, təlim “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” publik hüquqi şəxsin 2023-cü ildəki fəaliyyət planına uyğun olaraq Milli Vərəm Proqramı çərçivəsində baş tutub.

 

Təlimdə Milli Vərəm Proqramı İşçi Qrupunun koordinator həkimi Aysel Aslanova, ETAGXİ-un Referans laboratoriyasının müdiri, həkim-laborant Mehriban Seyfəddinova, eləcə də Şəki, Qax, Zaqatala rayonlarının ilkin səhiyyə xidmətlərində çalışan həkimlər iştirak ediblər.

 

Əvvəlcə Aysel Aslanova vərəm xəstəliyinin erkən aşkar edilməsi, aktiv skrininqlərin aparılması, yoluxma sayının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarətli müalicə üsulları barədə iştirakçılara ətraflı məlumat verib.


Daha sonra Mehriban Seyfəddinova vərəmin laboratoriyada aşkar edilməsi üsullarından danışıb.

 

Tədbirin sonunda iştirakçılarla geniş müzakirələr aparılıb və onlara sertifikatlar təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev