Dəri xərçəngi, yaranma səbəbləri və müalicəsi
10.06.2025 15:49
Dəri xərçəngi dünya üzrə ən geniş yayılmış bədxassəli şişlərdən biridir və son üç onillikdə xəstələnmə tezliyi 3 dəfə yüksəlib. Dərinin rəngindən asılı olmayaraq hər bir insan dəri xərçənginə düçar ola bilər, lakin açıq dərili, sarışın insanlarda bu risk daha yüksəkdir. Bu da açıq dərili insanlarda melanin piqmentinin səviyyəsinin aşağı olduğuna görə dərinin UVB şüalardan müdafiə qabiliyyətinin aşağı olması ilə əlaqədardır.
Bu barədə Aztibb.az-a Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 19 nömrəli Şəhər Poliklinikasının həkim-onkoloqu Vüsalə Tağıyeva məlumat verib.
Onun sözlərinə görə, xəstəlik daha çox 50 yaşdan yuxarı kişilərdə müşahidə olunur. Dəri xərçənginin əmələ gəlməsində ən mühüm amil ultrabənövşəyi şüaların təsirinə məruz qalmadır. Təsadüfi deyil ki, xərçəng hallarının 90 faizi bədənin günəş şüalarının birbaşa təsirinə məruz qalan nahiyələrində, baş, boyun (alın, gicgah, qulaq eyvanı), yuxarı ətraflarda inkişaf edir. Həmçinin, ionlaşdırıcı şüalar da dəri xərçənginə səbəb ola bilər. Uzun müddətli termik təsirlər, dərinin sağalmayan yaraları, xroniki spesifik, iltihabi proseslər, yanıqdan sonrakı çapıq fonunda dəri xərçənginin əmələ gəlmə ehtimalı yüksəkdir. O cümlədən, arsen, qatran, his, boya maddələri, yağlarla, neft-kimya, duru yanacaqla işləyən peşə sahiblərində dəri xərçəngi tez-tez təsadüf edilir. Son illər İnsan Papilloma Virusunun HPV5, HPV8, HPV11, HPV16, HPV18 növlərinin müxtəlif lokalizasiyalı yastı hüceyrəli karsinomaların yaranmasında böyuk rolu haqqında bir çox məlumatlar var.
Həkim-onkoloq bildirib ki, dəri xərçəngi yerindən, səbəbindən asılı olaraq xora, düyün, ziyil şəklində görünə bilər. Çox vaxt kələ-kötür, sərt, dəri səthindən qalxan, bəzən qaşınma verən, ağrısız törəmə kimi inkişaf edir. Bəzən infeksiyanın prosesə qoşulması nəticəsində yarada qoxu olur. Ən çox regional limfa düyünlərində metastazlar əmələ gəlir. Uzaq orqanlarda metastazlar nisbətən az görünür.
V.Tağıyeva onu da vurğulayıb ki, dəri xərçənginin diaqnozu vizual müayinə ilə 90 faiz hallarda qoyula bilər. Sitoloji və histoloji müayinə vasitəsilə diaqnoz mütləq dəqiqləşdirilməlidir. Həmçinin, reginar limfa düyünlərinin USM, döş qəfəsi rentgen müayinəsi aparılmalıdır. Dəri xərçənginin müalicəsində cərrahi, şüa, kimyəvi dərman müalicəsi ilə yanaşı, həmçinin, kimyaterapiya, lazer şüası ilə müalicə istifadə olunur.
Bu bölməyə aid digər xəbərlər
Bu yaşda yeniyetmə qızların beynində dəyişikliklər baş verir - Valideynlərin diqqətinə!
24.08.2026 | 14:26
Appendisit: əlamətləri nələrdir?
24.08.2026 | 09:45
Hicama: ənənəvi üsul haqqında müasir tibbin yanaşması
23.08.2026 | 20:49
Qaraciyər yağlanması ilə piylənmə arasındakı əlaqə
23.08.2026 | 19:50
Qadın sağlamlığı üçün yaşa görə vacib müayinələr
23.08.2026 | 18:49
Qoltuqaltında tez-tez abses yaranırsa, bu xəstəliyə diqqət
23.08.2026 | 17:58
Nəfəs darlığı yaşayanlar diqqət! Səbəb yalnız ağciyərlərlə bağlı olmaya bilər
23.08.2026 | 11:37
Gecə növbəsinin sağlamlığa təsirləri: nələrə diqqət etməli?
22.08.2026 | 22:57
Yodun faydaları və artıq qəbulunun yaratdığı risklər
22.08.2026 | 20:56
Göz çəpliyi uşaqlarda görmə itkisinə səbəb ola bilər
22.08.2026 | 19:59
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
17.08.2026 | 19:14
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
15.08.2026 | 09:15
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
15.08.2026 | 11:38
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
15.08.2026 | 16:58
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
15.08.2026 | 13:35
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
15.08.2026 | 14:09
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
18.08.2026 | 09:29
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
16.08.2026 | 12:42
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
16.08.2026 | 09:39
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
15.08.2026 | 12:52
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
15.08.2026 | 09:34
İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
14.08.2026 | 16:41
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
19.08.2026 | 12:24
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
20.08.2026 | 16:09
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
19.08.2026 | 16:17

