ATU rektoru: Əsas məqsədlərimizdən biri tələbələrin praktik biliklərə dərindən yiyələnməsidir
05.06.2025 12:21

Azərbaycan Tibb Universitetində (ATU) 2024/2025-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının başlanması və Dövlət Buraxılış İmtahanlarının keçirilməsi ilə əlaqədar olaraq, rektor, professor Gəray Gəraybəyli universitetin rəhbər heyətilə görüşüb.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Görüşdə universitetin Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov, Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov, dekanlar və imtahan komissiyasının sədrləri iştirak edib. Rektor G.Gəraybəyli imtahanın gedişi, hazırlıq işləri və digər məsələlərlə maraqlanıb, tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsində ədalət prinsipinin qorunmasının vacibliyini vurğulayıb. O, hansısa tələbəyə şişirdilmiş qiymət verməklə digər tələbələrin haqqına girilməməsini, humanist prinsiplərin əsas tutulmasını tövsiyə edərək, imtahanla bağlı lazımi tapşırıqlarını verib.

 

Tədris departamentinin rəhbəri K.Yaqubov bildirib ki, Müalicə-profilaktika fakültəsinin tələbələri Bakı Sağlamlıq Mərkəzinin (BSM) Simulyasiya Mərkəzində 3 bacarıq imtahanı verəcək: “İmtahanlar bu ayın 10-dan başlayacaq, 24-dək davam edəcək. İmtahanların ikinci mərhələsi isə test formasında keçiriləcək, 50 ballıq sistemlə qiymətləndiriləcək”. Departament rəhbəri Hərbi tibb fakültəsi kursantlarının iki bacarıq imtahanlarının da BSM-də baş tutacağını bildirib.

 

Professor G.Gəraybəyli bacarıq imtahanlarının Bakı Sağlamlıq Mərkəzində keçirilməsini yüksək qiymətləndirib. Bildirib ki, praktik təlim və əldə edilmiş bilik və bacarıqların səviyyəsinin qiymətləndirilməsi üçün mərkəz ən müasir texnologiyalara malikdir: “Ötən il tələbələrdən Bakı Sağlamlıq Mərkəzindəki nəticələrinə əsasən fərqlənmədən çıxanlar olmuşdu. Dəfələrlə təkrar imtahan keçirilməsi üçün müraciət etsələr də, buna yol verilmədi. Biliklərin praktik cəhətdən BSM-də yoxlanılması müsbət haldır. Həm də orada imtahan götürənlər Tibb Universitetinin müəllimləri deyil. Çox yaxşıdır ki, heç kim imtahanlara müdaxilə edə bilmir, biliklər şəffaf şəkildə dəyərləndirilir. Elə bizim əsas məqsədlərimizdən biri də tələbələrin təkcə nəzəri deyil, həm də praktik biliklərə dərindən yiyələnməsidir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır