ATU-nun Üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları ICOMS 2025 tədbirində iştirak ediblər  
04.06.2025 17:53

Azərbaycan Tibb Universitetinin (ATU) Ağız və Üz-çənə Cərrahiyyəsi kafedrasının əməkdaşları Sinqapurda keçirilən Beynəlxalq Üz-çənə Cərrahları Assosiasiyasının (ICOMS 2025) Ümumdünya Konqresində iştirak ediblər.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, 82 ölkədən 2000-dən çox iştirakçının qatıldığı konqres üz-çənə cərrahiyyəsi sahəsində fəaliyyət göstərən mütəxəssislərin qlobal gücünü və birliyini əks etdirir. Bu ixtisas sahəsi insanın zahiri görkəmini və bununla da sosial statusunu müəyyən edən ən mühüm anatomik sahələrdən birinin bərpası və təkmilləşdirilməsinə yönəlib. 150-dən çox elmi sessiyanı əhatə edən konqresdə ən son tədqiqatlar, zəngin klinik təcrübə və maraqlı müzakirələr təqdim edilib, üz-çənə cərrahiyyəsinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirilib. 


Əsasən ATU-nun əməkdaşlarının təmsil olunduğu Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti bu tədbirdə iştirak edən qurumlar arasında “Fəxri Qonaq Cəmiyyət” statusunu alıb. Azərbaycan nümayəndə heyətinə Azərbaycan Tibb Universitetinin Ağız və Üz-çənə Cərrahiyyəsi kafedrasının müdiri professor Ç.R.Rəhimov rəhbərlik edib. Nümayəndə heyətində həmçinin dosent F.İ.Həsənov, dosent N.N.Soltanova, dosent İ.M.Fərzəliyev, dosent T.A.Əliyev iştirak etmiş və dəvət olunmuş məruzəçilər  qismində çıxış ediblər. Kafedranın assistentləri R.Ə.İbrahimov və E.M.Əliyev poster formatında işlərini təqdim etmiş, doktorant G.A.Əliyeva isə şifahi təqdimatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. 


Azərbaycan nümayəndə heyətinin üzvləri şəxsi görüşlər zamanı müxtəlif ölkələrdən olan həmkarlarına ölkənin nailiyyətləri, mədəni həyatının rəngarəngliyi, Azərbaycan xalqının ənənəvi qonaqpərvərliyi və turizm baxımından cəlbediciliyi barədə məlumat veriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır