Bakalavriat və magistratura pillələri üzrə yeni tədris proqramları müzakirə olunub    
17.05.2025 11:00

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə komissiya yaradılıb. Azərbaycan Tibb Universitetində komissiyanın tərkibində formalaşdırılmış təhsil ixtisasları qrupu üzrə işçi qrupunun növbəti iclası keçirilib.

Bu xəbər Aztibb.az-a ATU-dan verilib.

 

ATU-nun Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov işçi qrupun qarşısında duran prioritet məsələlər və indiyədək görülmüş işlər barədə ətraflı danışıb. Prorektor magistratura pilləsi üzrə Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə, İdman tibbi, Qidalanma və dietologiya, Tibb bacılığı ixtisaslarına daxil olan yeni ixtisaslaşmalar haqqında məlumat verib.

Tədris Departamentin müdiri, dosent Kamandar Yaqubov nəzərə çatdırıb ki, beynəlxalq təhsil standartlarına və əmək bazarının tələblərinə əsasən magistratura pilləsi üzrə bir sıra mühüm dəyişiliklər baş verib. İxtisaslaşmaların sayı 9-dan 35-ə qədər artırılıb. Plan yerlərinə dair təkliflər hazırlanacaq və hər bir ixtisaslaşma üçün işçi qrup yaradılacaq. Həmçinin əmək bazarının nümayəndələri ilə görüşlər keçiriləcək. O qeyd edib ki, tədris proqramlarının tərtibinə kafedraların professor-müəllim heyəti cəlb olunacaq. Və proqramlara mütləq şəkildə yeni dərsliklər daxil olunmalıdır.


İclasda çıxış edən Elm və Təhsil Nazirliyində universitetimizin yeni təhsil proqramlarının təsdiq olunması üzrə komissiyanın həmsədri, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova bildirib ki, İctimai səhiyyə ixtısasının məzunları üçün iş imkanlarının artırılması vacibdir. Artıq bu istiqamətdə bır sıra işlər nəzərdə tutulub.

ATU-nun rəhbər şəxsləri və professor-müəllim heyətinin iştirakı ilə keçirilən görüş fikir mübadiləsi ilə davam edib. Yeni proqramların hazırlanmasına dair təkliflər səsləndirlib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır