Vitamin əlavələri və pəhriz tendensiyalarına qarşı yeni araşdırma aparılıb  
16.05.2025 16:54

Xərçəngin qarşısının alınması və müalicəsində vitamin əlavələrinin və pəhrizlərin təsirini qiymətləndirən yeni bir elmi icmal əhəmiyyətli müzakirələrə səbəb olub. Dr. Salvatore Kortellino və Sbarro Sağlamlıq Tədqiqat Təşkilatının (SHRO) prezidenti, Templ Universiteti və Syena Universitetinin molekulyar onkoloqu professor Antonio Cordano tərəfindən koordinasiya olunan tədqiqatın nəticələri “Anticancer Therapy Reviews” jurnalında dərc edilib. Araşdırmada vurğulanır ki, kütləvi informasiya vasitələri və sağlamlıq sənayesi tərəfindən geniş şəkildə təşviq edilən vitamin əlavələri və modaya çevrilmiş pəhriz rejimləri, məsələn, ketogenik pəhriz, aralıq oruc və sərt veqanlıq xərçəngin nəticələrini yaxşılaşdırmaq və ya ömrü uzatmaq baxımından yetərli elmi sübutlara malik deyil. Əksinə, belə nəzarətsiz qidalanma müdaxilələri bəzi hallarda xəstələr üçün potensial risklər daşıya bilər.

 

Aztibb.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatda iştirak edən alimlər, dr. Tereaa Esposito və dr. Françeska Pentimallinin sözlərinə görə, xərçəng xəstələrində vitamin çatışmazlığı tez-tez müşahidə olunsa da, bu çatışmazlığın müalicəsində reseptsiz vitamin əlavələrinin effektivliyi sübuta yetirilməyib.

 

Ciordano bildirir: “Bizim tapıntılarımız göstərir ki, kliniki nəzarət olmadan pəhriz dəyişikliyinə getmək və əlavələr qəbul etmək xərçəng xəstələri üçün nəinki səmərəsiz, hətta zərərli ola bilər. Dəlillərə əsaslanan tibbi yanaşma və fərdiləşdirilmiş qidalanma strategiyaları əvəzolunmazdır”.

 

Araşdırma, həmçinin hipervitaminozun, yəni vitaminlərin həddindən artıq qəbulu nəticəsində yaranan toksiki vəziyyətin şişin inkişafını stimullaşdırma riski daşıdığına diqqət çəkir. Xüsusilə zəif və yaşlı xəstələrdə, dəbli pəhriz rejimləri bədən çəkisinin azalması, qidalanma çatışmazlığı və kaxeksiya ilə nəticələnə bilər. Müəlliflər hər hansı əhəmiyyətli qidalanma dəyişikliyinə başlamazdan əvvəl ixtisaslı səhiyyə mütəxəssisləri, həkimlər, klinik dietoloqlar və ya qidalanma mütəxəssisləri ilə məsləhətləşməni zəruri hesab edirlər. Əlavələrin qəbulu və ümumi qidalanma planı yalnız fərdi tibbi göstəricilərə əsaslanaraq təyin edilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır