ATU əməkdaşı Əmək və Sosial Münasibətlər Akademiyasında mühazirə oxuyub
01.05.2025 12:24

Azərbaycanda gender bərabərliyi və sağlamlıq məsələləri dövlətin və vətəndaş cəmiyyətinin diqqət mərkəzindədir. Son illərdə bu sahədə hüquqi baza təkmilləşdirilir, qadınların və kişilərin bərabər hüquqlara malik olması, sağlamlığa bərabər çıxış imkanı və sosial rifahın təmin olunması istiqamətində müxtəlif proqram və təşəbbüslər həyata keçirilir.

 

Bu nöqteyi-nəzərdən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası “Gender siyasəti və Həmkarlar İttifaqları: əsas istiqamətlər, problemlər və dünya təcrübəsi” mövzusunda təlim təşkil edib. Təlimin proqramına uyğun olaraq aprelin 29-da “Gender bərabərliyi və səhiyyə: sağlamlığın mühafizəsi, analıq məzuniyyəti və kadr resursları” mövzusunda ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti Fərəh Baxışlının mühazirəsi dinlənilib.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, müxtəlif müəssisələrin Həmkarlar İttifaqlarının nümayəndələri üçün nəzərdə tutulan mühazirə dolğun və informativ, interaktiv formatda təqdim olunub.

 

Məruzəni böyük maraqla qarşılayan dinləyicilər və təşkilatçılar bu kimi aktual problemlərin gələcəkdə də işiqlandırılmasının vacibliyini bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır