ATU-nun Tədris Stomatoloji Klinikasının səyyar xidmətləri davam edir  
30.04.2025 15:22

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasının səyyar xidmətləri uğurla davam edir. Klinikanın əsas həkim heyəti və rezident həkimlərin iştirakı ilə stomatoloji xidmətlərin əlçatanlığını artırmaq və cəmiyyətin ağız-diş sağlamlığını qorumaq məqsədilə növbəti səyyar xidməti “UNEC – Azərbaycan Maliyyə-İqtisad Kolleci”ndə keçirilib.

 

Aztibb.az-a ATU-dan verilən xəbərə görə, səyyar xidmət zamanı 500-dən çox tələbə müayinə olunub. Əsas diqqət ağız boşluğunda kariyes, diş əyrilikləri, diş əti xəstəlikləri və digər ortodontik-anatomik problemlərin erkən mərhələdə aşkarlanmasına yönəldilib. Aşkarlanan hallar qeydiyyata alınmaqla, vaxtında müdaxilə üçün ilkin tədbirlər görülüb. Bu yanaşma gələcəkdə daha ciddi stomatoloji problemlərin qarşısını almağı hədəfləyir.

 

Xatırladaq ki, səyyar xidmət yalnız tələbələrlə məhdudlaşmır. Layihə çərçivəsində növbəti səyyar xidmətin Bakı şəhəri üzrə müxtəlif ərazilərdə həyata keçirilməsi planlaşdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır