Yetkin insanlarda sidikqaçırma ilə necə mübarizə aparmaq olar? - Uroloq açıqladı
14.11.2020 14:58

"Əvvəlcə yüngül qəbul edilən sidikqaçırma gələcəkdə psixoloji problemlər yarada bilər. Bu, idarəsiz və istənməyən bir xəstəlikdir. Əgər eyni vəziyyət mütəmadi olaraq təkrarlanırsa, bu, tibbi bir vəziyyət kimi qəbul edilir.

 

Aztibb.az xəbər verir ki, bunu həkim-uroloq Ülviyyə Məmmədova sidikqaçırma ilə bağlı danışarkən deyib.

 

- Qadınlar, yoxsa kişilər daha çox bu xəstəliklə rastlaşır?

 

 - Qadınlar kişilərdən daha çox sidik tuta bilməməkdən şikayətlənir.  Lakin bir çox xəstələr sidik tutmamaq barədə həkimləri ilə danışmaqdan narahat olduqları üçün müalicə almır.

 

- Sidikqaçırmanın hansı növləri olur?

 

- Qadınlarda sidikqaçırmanın əsasən 3 növünə rast gəlinir: 

 

1- gərginlik (stress) – sidik saxlanmazlığı - 49 %;

 

2- təcili – urgent sidik saxlanmazlığı - 22 % ;

 

3- qarışıq tip sidik saxlanmazlığı - 29 %.

 

Bunların baş vermə yolları (patogenezi) bir-birindən fərqlənir. Belə ki, gərginlik sidik saxlanmazlığı (və ya sidik qaçırma) çanaq dibi əzələlərin zəifliyinin, təcili – urgent sidik saxlanmazlığı isə sidik kisəsinin yüksəlmiş – qeyri normal aktivliyinin nəticəsində baş verir. Qarışıq tip sidik qaçırma zamanı hər iki səbəb - həm çanaq dibi əzələlərin zəifliyi, həm də sidik kisəsinin yüksəlmiş – qeyri normal aktivliyi müşahidə olunur. Gərginlik sidik saxlanmazlığı zamanı sidiyə getmə hissi, tələbatı olmadan baş verir – güldükdə, öskürdükdə, asqırdıqda sidik kanalını əhatə edən əzələlərin zəifliyi sidik qaçırmaya səbəb olur. Gərginlik sidik saxlanmazlığı zamanı dözülməz, təcili sidiyə çağırış olmur. Təcili (urgent) sidik saxlanmazlığı isə sidik kisəsinin yüksəlmiş – qeyri normal aktivliyinin nəticəsində təcili sidiyə getməyə tələbat yaradır və çox zaman tələbat dözülməz həddə çatır.

 

- Qadınlarda sidikqaçırmanın əsas səbəbləri nələrdir?

 

• Hamiləlik və doğuşlar. Hamiləlik vaxtı sidiyi saxlaya bilməməyin müxtəlif formalarına 8-50% arasında rast gəlinir, lakin bir çox hallarda doğuşdan sonra keçib gedir. Onların bir qismində isə problem bir neçə il sonra yenidən əmələ gəlir. Hamiləlik zamanı çanaq əzələlərinin zəif olduğu qadınlarda uşaqlığın hamiləlik müddətinə paralel böyüməsi sidik kisəsini basır və azacıq əlavə təzyiq – gülmə, öskürmə, asqırma sidiyi saxlaya bilməməyə səbəb olur.

 

• Menopauza dövrü. Bu dövrün başlanması ilə qadınlarda hormonal dəyişikliklərin (sidik kisəsinin divarının normal vəziyyədə qalmasında mühüm rolu olan esterogenlərin azalması) nəticəsi olaraq sidik kisəsi əzələlərinin zəifləməsi;

 

• Sidik yollarının xronik xəstəlikləri və infeksiyalaşması;

 

• Uşaqlıq yolu üzərində və ya sidikliyə yaxın orqanlarda aparılmış cərrahi əməliyyatlar;

 

• Xroniki qəbizlik - düz bağırsağın sidik kisəsinin arxasında yerləşməsi səbəbindən onu qıcıqlandırıb, sidikqaçırmaya səbəb olur;

 

• Artıq çəki qarının aşağı hissəsini basaraq, çanaqda təzyiqi artırır və sidikqaçırma törədir;

 

• Bəzi travmatik hallar nəticəsidə onurğanın, yaxud çanağın zədələnməsi;

 

• Uşaqlığın sallanması, (prolapsus uteri), sidik kisəsinin sallanması (sistosele) və bağırsağın sallanması (rektosele) və s. 

 

- Sidikqaçırmanın səbəbi necə müəyyən edilir?

 

- Fiziki müayinə, sorğular, sidik kisəsi gündəliyi, sidik testi, idrardan sonra qalan sidiyin ölçülməsi və pedi testi ilə diaqnoz qoyulur.

 

- Bu xəstəliyin müalicəsində hansı yol izlənir?

 

- Sidikqaçırmanın müalicəsi sidik ifraz etməmənin növündən, nə qədər şiddətli olmasından və nəyə səbəb olduğundan asılıdır. Sidikqaçırma probleminin öhdəsindən gəlmək üçün müalicələr əsas etibarilə dərman müalicəsi ilə birləşdirilir. Zamanında həkimə müraciət etmək tövsiyə olunur. 

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib