“Sağlamlığa Doğru Qaç!” layihəsi LƏNKƏRANDA
22.04.2025 13:33
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü, Azərbaycan Atletika Federasiyası (AAF) və “Zəfər” Qaçış Klubunun birgə təşkilatçılığı ilə Lənkəran rayonunda səhiyyə işçiləri və Tibb kolleci tələbələrinin iştirakı ilə “Sağlamlığa Doğru Qaç!” adlı növbəti mərhələ yarışı keçirilib.
 
Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqından Aztibb.az-a verilən xəbərə görə, tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq, onun əziz xatirəsinin dərin ehtiramla yad edilməsi ilə başlayıb.
 
Daha sonra aparıcı Toğrul Səfərov yarış iştirakçılarını salamlayaraq tədbirin rəsmi açılışını elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
 
17 İyun – Tibb İşçilərinin Peşə Gününə ithaf edilən layihənin əsas məqsədi tibb işçilərinin fiziki sağlamlığının təşviqi, onların asudə vaxtlarının səmərəli təşkili, həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsi və yeni dostluqların qurulmasıdır.
 
5 km məsafə 150 nəfərə yaxın Lənkəran, Yardımlı, Masallı, Lerik, Astara və Cəlilabad rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı (SİHİ) şuralarından olan iştirakçılar arasında uğurla sonlandırılıb.
İlk üçlükdə yer alan qadın və kişi iştirakçılara diplom, medal və mükafatlar təqdim olunub.
 
Tədbirin bədii hissəsində Lənkəranın Separadi kəndindən olan folklor və rəqs ansamblı “Nənələr” qrupunun çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
 
 
ÇOX OXUNANLAR
 Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
 Qusarda qanvermə aksiyası:
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
 Sumqayıtda İmmunizasiya Həftəsi çərçivəsində 1263 uşaq peyvənd olunub   
Qobustan RMX-da konfrans: “Nurlu ömrün salnaməsi”
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib    
Qoşqar Təhməzli: Azərbaycan müasir urbanizasiya çağırışlarına çevik reaksiya verir
 Cəlilabadda xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi keçirilib