Naxçıvanda 290 uşaq peyvəndə cəlb edilərək immunlaşdırılıb
01.05.2026 08:51

Naxçıvan Muxtar Respublikasında ənənəvi olaraq qeyd olunan "İmmunlaşdırma həftəsi" bu il də uğurla yekunlaşıb.

 

Naxçıvan MR Səhiyyə Nazirliyindən Aztbb.az-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən həftə çərçivəsində muxtar respublikanın bütün şəhər və rayonlarını əhatə edən tədbirlər təşkil olunub.

 

Bu müddətdə peyvənddən müxtəlif səbəblərlə kənarda qalan uşaqların müəyyənləşdirilməsi və immunizasiyaya cəlb olunması istiqamətində məqsədyönlü işlər görülüb, prosesə nəzarət məqsədilə monitorinqlər aparılıb.

 

Görülən tədbirlər nəticəsində ümumilikdə 290 uşaq peyvəndə cəlb edilərək immunlaşdırılıb.

 

Qeyd edək ki, "İmmunlaşdırma həftəsi" peyvəndləmənin vacibliyinə ictimai diqqətin artırılmasına xidmət edir. İmmunizasiya hər il milyonlarla insanı difteriya, tetanus, göyöskürək, qızılca, parotit və məxmərək kimi təhlükəli infeksiyalardan qoruyaraq, xəstəlik, əlillik və vaxtsız ölüm hallarının qarşısının alınmasında mühüm rol oynayır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır