Sərsəng su anbarında keçirilən su idmanı tədbirində Tərtər Təcili Tibbi Yardım briqadaları xidmət göstərib  
01.05.2026 09:15
Ağdərə rayonunda, Sərsəng su anbarı ərazisində 27 aprel – 1 may tarixlərində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkil etdiyi beynəlxalq səviyyəli su idmanı tədbiri çərçivəsində Tərtər Təcili Tibbi Yardım Stansiyasının briqadaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
 
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Aztibb.az-a verilən xəbərə görə, tədbirin təhlükəsiz və fasiləsiz keçirilməsinin təmin edilməsi məqsədilə əraziyə təcili tibbi yardım heyətləri cəlb olunub və yarış zonasında növbəli xidmət təşkil edilib.
 
Tədbir zamanı ümumilikdə 12 nəfərə yerində tibbi yardım göstərilib. Vəziyyətlər əsasən yüngül xarakterli olub və operativ müdaxilə nəticəsində hospitalizasiyaya ehtiyac yaranmayıb.
 
Təcili tibbi yardım briqadaları bütün tədbir müddətində profilaktik nəzarət rejimində fəaliyyət göstərərək mümkün risklərin qarşısının alınmasına və iştirakçıların sağlamlığının qorunmasına xidmət ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır