Kürdəxanı Sağlamlıq Mərkəzində Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər keçirilib
30.04.2026 13:47

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Kürdəxanı Sağlamlıq Mərkəzində 24-30 aprel Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tibb işçiləri və valideynlər üçün maarifləndirici tədbirlər təşkil olunub.

 

Aztibb.az-a İSİM-dən verilən xəbərə görə, əhali arasında peyvəndlər barədə məlumatlılığın artırılması məqdədilə keçirilən tədbirlərdə immunlaşdırmanın əhəmiyyətli rolu diqqətə çatdırılıb.

İSİM-in direktoru Səbinə Babazadə çıxış edərək, ölkəmizdə uşaqların yoluxucu xəstəliklərdən qorunması üçün dövlət tərəfindən bütün lazımi profilaktik tədbirlərin görüldüyünü və peyvəndlərin keyfiyyətli şəkildə təmin edildiyini vurğulayıb. O, valideynləri övladlarının sağlam gələcəyi naminə onları peyvənd təqviminə uyğun olaraq vaxtında həkim müayinəsindən keçirməyə və peyvəndlənmə prosesində aktiv iştirak etməyə çağırıb.


Kürdaxanı Sağlamlıq Mərkəzinin baş həkimi Əhmədova Ceyran, İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva, müdir müavini Zümrüd Kazımova çıxış edərək, peyvəndin immuniteti necə gücləndirdiyi, xəstəliklərin qarşısının alınmasındakı rolu və qeyd olunan sahədəki yeniliklər barədə ətraflı məlumat veriblər.


Peyvənd otağında valideynlərə nümunəvi davranışları üçün, övladlarının sağlamlığını vaxtlı-vaxtında peyvəndlərlə möhkəmləndirdiyinə görə sertifikatlar təqdim olunub.


Peyvənd olunan uşaqlara İSİM tərəfindən rəmzi hədiyyələr və geniş çeşiddə maarifləndirmə materialları paylanılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır