QHT nümayəndələrinin Mərdəkan Reabilitasiya Pansionatına infoturu təşkil edilib
01.05.2026 14:22

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi QHT nümayəndələri üçün Mərdəkan Reabilitasiya Pansionatına infotur təşkil edib.

 

Agentlikdən Aztibb.az-a bildirilib ki, iştirakçılar müasir tələblərə cavab verən reabilitasiya müəssisəsində yaradılan şəraitlə, əlilliyi olan şəxslərə göstərilən tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə yaxından tanış olublar.

 

Agentlik tərəfindən son illər xidmətlərin daha əlçatan, inklüziv və vətəndaş yönümlü təşkili məqsədilə icra olunan rəqəmsal və innovativ layihələr diqqətə çatdırılıb, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri barədə məlumat verilib.

 

Tədbirdə reabilitasiya xidmətlərinin təşkili, son illər bu sahədə aparılan islahatlara, tətbiq olunan alternativ reabilitasiya üsullarına, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və şəbəkəsinin genişləndirilməsi işlərinə dair təqdimat edilib.

 

Qurumun “Səsiniz olaq”, “RehaBus” layihələri, “Ağlabatan uyğunlaşdırma” mexanizmi  barədə də məlumat verilib.

 

Görüşdə reabilitasiya xidmətlərinə dair fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti nümayəndələrinin təklifləri dinlənilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır