BDU tələbələrinin Biofizika İnstitutunda istehsalat təcrübəsi uğurla başa çatıb    
17.04.2025 14:57

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kursunda təhsil alan bir qrup tələbə Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda keçdikləri istehsalat təcrübəsini uğurla başa vurublar.

 

İki ay davam edən təcrübə proqramı BDU ilə Biofizika İnstitutu arasında uzunmüddətli elmi və akademik əməkdaşlıq çərçivəsində həyata keçirilib.

 

Bu məlumat Aztibb.az-a Biofizika İnstitutundan verilib.

 

Qeyd olunub ki, 13 nəfər tələbə təcrübənin ilk günündə institutun fəaliyyəti, elmi istiqamətləri və laboratoriyaları haqqında geniş məlumatlandırılıb. Onlar institutun əməkdaşları ilə tanış olaraq, aparılan tədqiqatların əsas məzmunu və əhəmiyyəti ilə bağlı ilkin anlayışlar əldə ediblər.

 

Proqram çərçivəsində tələbələr müxtəlif laboratoriyalarda praktik məşğələlərdə iştirak ediblər. Onlar nəzəri biliklərini möhkəmləndirməklə yanaşı, elmi-tədqiqat mühitində işləmək, analizlər aparmaq və nəticələri qiymətləndirmək bacarıqlarını inkişaf etdiriblər.

 

Təcrübə müddətində tələbələrə tədqiqatların planlaşdırılması, müşahidələrin aparılması və nəticələrin təqdim olunması prosesləri öyrədilib. Bu bilik və bacarıqlar onların gələcək elmi və peşəkar fəaliyyətlərinə mühüm töhfə verəcək.

 

Təcrübənin sonunda tələbələr göstərilən dəstəyə görə institut rəhbərliyinə və kollektivə minnətdarlıqlarını bildiriblər. Onlar bu təcrübənin həm nəzəri, həm də praktik biliklərinin dərinləşməsində mühüm rol oynadığını qeyd ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır