Bəşər tarixinin ən ağır ili müəyyən olunub
04.05.2025 15:29

Harvard Universitetinin alimləri insanlıq tarixində ən ağır dövrün eramızın 536-cı ili olduğunu müəyyən ediblər. "Science" jurnalında dərc olunan tədqiqatın nəticələri göstərib ki, məhz həmin dövrdə Avropa və Asiyanı əhatə edən qlobal iqlim anomaliyaları, fəlakətlər genişmiqyaslı sosial və tarixi sarsıntıları tətikləyib.

 

Aztibb.az-ın məlumatına görə, 18 ay ərzində geniş ərazilər Günəş işığını demək olar ki, tamamilə bloklayan qalın dumana bürünüb. Tədqiqatçılar hesablayıblar ki, o dövrün gündüz işıqlanması ay parlaqlığından artıq olmayıb. Bu, orta temperaturun 2.5 dərəcə düşməsi ilə nəticələnib. Kəskin soyuqlaşma məhsul qıtlığına və kənd təsərrüfatının çökməsinə, ardınca isə kütləvi aclığa gətirib çıxarıb.

 

Qrenlandiyadan götürülmüş buz nümunələrinin təhlili zamanı əldə edilmiş iqlim məlumatları sayəsində atmosferdə kükürdün yüksək konsentrasiyası aşkar olunub. Bu, 536-cı ildə böyük miqyaslı vulkan püskürməsinin baş verdiyini göstərir. Ekoloji və ərzaq fəlakəti tarixdə qeydə alınmış ilk pandemiyalardan biri olan Yustinian taununun yayılması ilə müşayiət olunub. Xəstəlik demək olar ki, bütün dünyanı bürüyüb, əhalinin təxminən yarısının həyatına son qoyub. Bundan əlavə, ardıcıl olaraq baş verən zəlzələlər, daşqınlar bütöv sivilizasiyaların dayanıqlılığını sarsıdıb. Bəzi tarixçilər hesab edirlər ki, məhz bu fəlakətlər Qərbi Roma imperiyasının süqutunun və Avropanın Orta əsrlər dövrünə keçməsinin səbəblərindən biri olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır